Accessibility links

Transparency İnternational korrupsiya haqda illik hesabatını açıqlayıb


Baş qərargahı Berlində yerləşən Transparency International-ın son hesabatında Somali, Şimali Koreya və Əfqanıstan korrupsiyanın ən yüksək səviyyədə olduğu ölkələr qismində yer alır. 177 ölkədən minlərlə insanın rəy sorğularına əsasən hazırlanan hesabatda bəzi Afrika ölkələrində vəziyyətin nisbətən yaxşılaşdığına baxmayaraq münaqişələrin baş verdiyi ölkələrdə korrupsiyanın vüsət aldığı bildirilir.

Liberiya paytaxtı Monroviya. 10 il bundan əvvəl vətəndaş müharibəsinə səhnə olan bu ölkədə iqtisadiyyat dirçəlməyə başlayıb. 2012-ci ildən bəri ümumdaxili məhsul 10 faizdən çox artıb.

Transparency International Liberiyanın 2013-cü il Korrupsiya Qavrama İndeksində 177 ölkə arasında 83-cü yerdə olduğunu bildirir. Bu, Afrika ölkələri arasında Liberiyanın vəziyyətinin yaxşı olduğu barədə göstərici olsa da, bəzi təhlilçilər hələ də davam edən korrupsiyanın ölkəni geridə qoyduğunu deyirlər.

Robtel Peyli Liberiyadakı Londonun Şərq və Afrika Tədqiqatları Universitetində işləyir. O, uşaqlar üçün korrupsiya haqda kitab yazıb. Onun dediyinə görə, gənc nəsil nələr baş verdiyini bilməlidir. “Bu əsasən özəl şirkətlərdə, bazarlarda, məktəblərdə, eləcə də hökumətdə baş verir. Mən deyərdim ki, bu artıq kök salıb və insanlar bunu belə qəbul edir.”

Peyli deyir ki, korrupsiyanın qarşısı alınmaqla fikirlər də dəyişər.

Somali korrupsiyanın ən yüksən səviyyədə olduğu ölkələr arasındadır.
Bu günlər ölkə qanunvericiləri paytaxt Moqaduşuda vəzifə klançılıqda ittiham olunan hökumətin buraxılmasına səs veriblər.

Transparency International-ın icraedici direktoru Robert Barrinqton münaqişələr baş verən ölkələrdə vəziyyətin daha ağır olduğunu deyir. “Siz hökumətin şəffaflığa imkan vermədiyini görə bilərsiniz. Xüsusilə də siz açıq hesabat görməyəcəksiniz. Hökumət institutları yoxa çıxmağa başlayıb ki, bundan da yalnız vətəndaşlar əzab çəkir.”

Vətəndaş müharibəsinə qərq olmuş Suriya Korrupsiya İndeksi-nin ən aşağı pilləsindədir. Bu ölkə siyahıda aşağı onluğunda yer alıb.

Münaqişələrə səhnə olan İraq və Əfqanıstan da ən aşağı sıralardadır.
Avropa dövlətləri, Rusiya və keşmiş Sovet respublikalarına gəldikdə isə Ukrayna ən pis vəziyyətdə, 144-cü yerdədir.

“Bir şox ölkədə polisə müraciət edərkən siz bilirsiniz ki, o, cinayətlə mübarizə aparacaq. Lakin digər ölkələrdə onlar özləri cinayətkardırlar” - deyə, Robert Barrinqton bildirir.

Transparency International-ın siyahısında Yeni Zelandiya və Danimarka başqa Skandinaviya dövlətləri ilə yanaşı ənənəvi olaraq ən yüksək pillələri tuturlar.

Birləşmiş Ştatlar siyahıda 19-cu yerdə qərar tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG