Accessibility links

Amerika Transxəzər boru kəmərini dəstəklədiyini bir daha bəyan edib


Xəzər, Qara və Aralıq dənizləri hövzəsindəki neft-qaz kəmərlərinin xəritəsi
Xəzər, Qara və Aralıq dənizləri hövzəsindəki neft-qaz kəmərlərinin xəritəsi

“Türkmənistan və Azərbaycan sazişi imzalamağa razılaşsalar hər hansı ölkənin bu qərara veto qoya bilməyəcəyini bir daha təsdiqləyirik”, ABŞ rəsmisi bildirib

ABŞ Dövlət Departamentinin təmsilçisi Lin Treysi çərşənbə günü Aşqabadda ABŞ-ın Transxəzər boru kəməri layihəsini dəstəklədiyin bəyan edib.

Türkmənistanın neft-qaz məsələlərinə həsr edilən beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Lin Treysi Türkmənistan, Azərbaycan və Avropa İttifaqının Transxəzər boru kəmərinin tikintisi ilə bağlı sazişi imzalamaq üçün danışıqları davam etdirdiklərini söyləyib.

“ABŞ Transxəzər boru kəmərini dəstəkləyir. Əgər Türkmənistan və Azərbaycan onların ərazilərindən keçən boru kəməri haqda sazişi imzalamağa razılaşsalar digər hər hansı ölkənin bu qərara veto qoya bilməyəcəyini və hüququ olmayacağı dəstəyini bir daha təsdiqləyirik” - deyə L.Treysi qeyd edib.

Xəzərin hüquqi statusunu müəyyən olunmamsına isnadən bu layihənin əleyhinə Rusiya və İran çıxış edir. Ekspertlərin fikrincə, bu layihənin yubanmasında səbəblərindən biri də Bakı və Aşqabadın milli sektorları müəyyən etməməsidir.
XS
SM
MD
LG