Accessibility links

Rusiya Azərbaycan ərazisindən İrana sınaq yük qatarı göndərib


Şimal-Cənub dəhlizi

Fevralın 8-də Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı Azərbaycanla İranın dəmir yollarını birləşdirən Astara-Astara yolu vasitəilə İrana yola salınıb.

Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, taxta-şalbandan ibarət olan yük İranın Astara stansiyasındakı terminalda boşaldılıb.

Bu ilin mart ayında dəmir yolunun tam istifadəyə verilməsi gözlənilir.

"Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu bu ilin mart ayında İran və qonşu Azərbaycan rəsmilərinin iştirak etdiyi mərasimdə açılacaq", - deyə İran Dəmir Yolunun beynəlxalq məsələlər üzrə baş direktoru Abbas Nəzəri bildirib.

İRNA-nın məlumatına görə, o həmçinin qeyd edib ki, İran, Azərbaycan və Rusiya rəsmiləri arasında Astara (Azərbaycan) - Moskva marşrutu üzrə sərnişin qatarı marşruti açmaq üçün ilkin danışıqlar aparılıb.

"Region ölkələri bu dəmir yolu layihəsinin əhəmiyyətini yaxşı bilir, həm Rusiya, həm də Azərbaycan layihəni mümkün qədər tez başa çatdırmaqda israr edirlər", - deyə Nəzəri qeyd edib.

Astara-Astara dəmir yolu xətti Qəzvin-Rəşt dəmir yolunun davamı və İran dəmir yollarını Azərbaycanın dəmir yolu sistemi ilə birləşdirən "Şimal-Cənub" layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir. Bunun 8 km-i Astara şəhərindən İrana, 2 km-i sərhəddən İranın Astara şəhərinə qədərdir.

İran dəmir yolunun nümayəndəsi həmçinin deyib ki, Avropa ölkələri mallarını Fars körfəzinə, Hindistana və geri nəql etmək üçün Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttindən istifadə etməyə çalışırlar.

XS
SM
MD
LG