Accessibility links

Tripoli hava limanı bağlanıb


Liviya rəsmiləri ölkədə rəqib qüvvələr arasında paytaxt Tripoli uğrunda döyüşlərin getdiyi vaxt bazar ertəsi hava hücumlarından sonra Tripolinin yeganə fəaliyyət göstərən aeroportunu bağlayıb.

Liviya paytaxtının şərqində yerləşən Mitiqa hava limanındakı təhlükəsizlik işçiləri hücuma görə tərəflərin heç birinin məsuliyyəti öz üzərinə götürmədiyini bildiriblər. Hava hücumları nəticəsində tələfatların olmadığı bildirilir. General Xəlifə Haftara sadiq qüvvələr paytaxta nəzarəti ələ keçirmək üçün hücumları davam etdirir.

General Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusunun əsgərləri Benqazidə, 7 aprel, 2019.
General Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusunun əsgərləri Benqazidə, 7 aprel, 2019.

Liviyanın BMT tərəfindən dəstəklənən baş naziri Fayez Sərrac Haftar tərəfindən atılmış addımın dövlət çevrilişi kimi tanınmasına çağırıb. Haftar və onun hərbi qüvələri paytaxt ətrafındakı ərazilərdə üstünlüyə nail olub. Lakin Sarrac bildirib ki, hökumət qüvvələri onlara müqavimət göstərməyə hazırdır.

BMT Tripoli ətrafında əhalinin təxliyə edilməsi üçün iki saat müddətində atəşkəsin elan edilməsi məqsədilə “təcili çağırış” edib.

ABŞ qüvvələrinin Afrikadakı komandanlığı ölkədə hərbi əməliyyatlar fonunda Liviyadakı qüvvələrinin bu ölkədən müvəqqəti çıxarılacağını bildirib.

ABŞ diplomatik misssiyalar və əks-terror əməliyyatlarına dəstək, eləcə də regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə Liviyada az sayda əsgəri qüvvə saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG