Accessibility links

Tripolidə su qıtlığı yaşanır


BMT Liviyanın paytaxtı Tripolidə suların kəsilməsinə görə narahatlığını bildirib.

Aprel ayının 4-dən bəri Tripoli ölkənin şərqinə nəzarət edən general Xəlifə Həftarın qərbə doğru irəliləməsi ilə döyüş meydanına çevrilib.

BMT sözçüsü Stefan Ducarriç bildirib ki, Paytaxtın əsas su nəqli stansiyasına hücum Tripoli və digər şəhərləri susuz qoyub - 2 milyondan artıq insan fəsadlarla üzləşir.

Sözçü deyib ki, onsuz da su təzyiqi problemləri yaşanan şəhərlərdə suyun tamamilə kəsilməsi ciddi təsirə malikdir. O, iki gün ərzində su təminatının bərpa edilməməsi ilə vəziyyətin ciddiləşəyini vurğulayıb.

Aprel ayının 4-dən bəri Tripoli ölkənin şərqinə nəzarət edən general Xəlifə Həftarın qərbə doğru irəliləməsi ilə döyüş meydanına çevrilib.

BMT döyüşlər üzündən 78 mindən artıq insanın didərgin düşdüyünü bildirir.

Tripolini su ilə təchiz edən Great Man-Made River layihəsi obyektinin döyüşlərə görə evakusiyasından sonra stansiya təhlükədə idi.

Humanitar yardım agentlikləri su qıtlığı yaranmış bölgələrə maşınlarla su daşıyır.

XS
SM
MD
LG