Accessibility links

Tripoliyə hücum edən NATO Qəzzafini hədəf almadığını bildirir


Tripoliyə hücum edən NATO Qəzzafini hədəf almadığını bildirir
Tripoliyə hücum edən NATO Qəzzafini hədəf almadığını bildirir

NATO Liviya paytaxtına hava hücumlarını davam etdirib. Üsyançılar isə iddia edirlər ki, hökumət qüvvələrini mühasirəyə alınmış Misrata şəhərindən uzaqlaşdırıblar.

Alyansın bildirdiyinə görə, hava hücumlara Tripolidə hərbi komandanlığı və hökumət tərəfdarı qüvvələr tərəfindən idarə olunan nəzarət obyektini hədəf alıblar.

Sakinlər bildirir ki, bombalardan biri Liviya hərbi kəşfiyyat agentliyinin istifadə etdiyi binaya dəyib. NATO rəsmiləri yenidən Liviya lideri Müəmmar Qəzzafini hədəf aldıqlarını təkzib ediblər, ancaq xəbərlərə görə, hücumlar nəticəsində cənab Qəzzafinin olduğu iddia edilən evdən tüstü havaya qalxıb.

Misratada isə üsyançıların sözçüsü deyib ki, hökumət qüvvələri şəhərdən 15 kilometrə qədər uzaqlaşdırılıb. O, hazırda döyüşlərin Dəfniyə şəhərində getdiyini bildirib.

XS
SM
MD
LG