Accessibility links

Trol fabriki [Video]


Trol fabriki
please wait
Embed

No media source currently available

0:00 0:02:42 0:00

Trol fabriki

Bura “trol fabriki” kimi tanınan İnternet Araşdırma Agentliyinin keçmiş binasıdır. Tədqiqatçıların araşdırmalarına görə, Rusiya komandasının idarə etdiyi agentlik sosial mediada saxta xəbərlər yerləşdirmək və yalan reklamlardan istifadə edərək 2016-cı ildə keçirilən ABŞ prezident seçkilərinə təsir göstərməyə çalışıblar. İndi isə ofis boşaldılıb, xeyli sayda saxta profillər isə bağlanıb.

Ancaq onların bütün postları Atlantik Şurasının Rəqəmsal Ədli Tədqiqat Laboratoriyası tərəfindən arxivləşdirilib.

Ben Nimmonun komandası Kremlin təbliğat maşının müxtəlif qollarını necə idarə etdiyinə dair araşdırmasını keçirilən sonuncu Münhen Təhlükəsizlik Konfransında təqdim edib.

“RT və Sputnik kimi açıq-aşkar təbliğat hesabları var. Bundan əlavə Rusiyanın Cənubi Afrikadakı səfirliyi və Cenevredəki Baş Konsulluğu kimi diplomatik hesablar var. Daha sonra müstəqil olduğunu iddia edib ancaq eyni şəxslər tərəfindən maliyyələşən xəbər saytları var. Bunların hamısı Rusiya höküməti tərəfindən maliyyələşir. Bir də bunlardan başqa trol hesabları və hər şeyi gücləndirmək üçün istifadə olunan avtomatlaşdırılmış botların olduğunu düşünün." deyə, Ben Nimon bildirib.

Rusiyalı hakerlər 2016-cı ildə Demokratik Milli Komitədən emaillər oğurlayaraq onları WikiLeaks –in veb saytında yayımlayırlar.

“Əgər emaillərin internetə sızdırıldığı günə baxsaq görərik ki, troll fabriki həmin emaillərin kütləviləşməsində əhəmiyyəli rol oynayıblar. Təkcə Tvitterin ən güclü saxta profillərindən biri olan “Tennessee GOP” hesabından həmin xəbər 2000-dən çox dəfə retvit edilib. Eyni vaxtda Rt və Sputnik agentliyi şok xəbər başlığı ilə DNC emaillərini paylaşmağa davam edir. Beləcə siz təbliğat maşınının müxtəlif hissələri arasındakı bağlantını görə bilərsiz.” - deyə, Ben Nimon əlavə edib.

Təbliğatla mübarizə aparmaq üçün Nimmo və onun komandası internet istifadəçilərinə “sosioloji davamlılıq” adlanan və hesabın profil şəklini, keçmiş aktivliyini yoxlanmasını əhatə edən proqram tədris etməyi planlaşdırır.

“Siz gərək kiminsə paylaşdığını bəyənməzdən əvvəl onun hesabını incələməlisiniz. Əgər bir Tvitter hesabı 3 həftə öncə qeydiyyatdan keçməsinə baxmayaraq artıq 150 mindən çox paylaşma edibsə, həmin hesabın real insan olduğunu necə düşünmək olar?"

Rəsmi Rusiya Amerika siyasətinə təsir etmə ittihamlarını təkzib edib. Ancaq ekspertlərin sözlərinə görə, internet təbliğat maşını cəsusluq sahəsinin yeni dalğasıdır və təhlükəsizlik xidmətləri ilə bərabər bütün cəmiyyət bu cür təhlükəyə qarşı necə mübarizə aparmağı öyrənməlidir.

XS
SM
MD
LG