Accessibility links

Tropik Elza qasırğası Florida ştatına yaxınlaşıb


ABŞ-ın Milli Qasırğa Mərkəzindən verilən məlumata görə, tropik Elsa qasırğası çərşənbə axşamı erkən saatlarda Floridanın adalarına yaxınlaşıb.

Mərkəz bildirib ki, bu da yarmadanı dağıdıcı külək, şiddətli yağış nəticəsində daşqın və həyati təhlükə ilə üz-üzə qoyub.

Hazırda Florida yarmadasının Eqmont adasından ştatın sahilyanı ərazilərində qasırğa xəbərdarlığı qüvvədədir .

Adalarda və Florida yarımadasının cənub-qərb və qərb hissələrində izolyasiya olunmuş ərazilərdə çərşənbə gününə qədər güclü yağışlar gözlənilir.

Ştat qubernatoru Ron DeSantis qasırğanın sürətli bir formada ştatdan keçəcəyini və qasırğanın keçdiyi bölgələrdə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edildiyini bildirib. Prezident Co Bayden də qasırğa ərəfəsində ştat üçün Təcili Bəyannaməni təsdiqləyib.

Tropik fırtına yaxınşlaşdıqca çökən binanda axtarış-xilasetmə işləridə yeni təhdidlə üzləşib. Bazar ertəsi ildırımlı hava şəraiti axtarış işlərini həyata keçirən qrupların işinə mane olub.

Elza qasırğasının sürəti çərşənbə axşamı erkən saatlara artaraq 95 km saat sürətə çatıb. Lakin axşama doğru sürətin nisbətən azalması gözlənilir.

Bundan əvvəl Elza bazar ertəsi günortadan sonra Kubaya çatıb. Çərşənbə axşamı Kubanın bəzi bölgələrində ən azı10- 15 düym arasında yağış gözlənilir ki, bu da əhəmiyyətli dərəcədə sel və daşqınlarla səbəb olacaq.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG