Accessibility links

Florens qasırğası intensivliyini itirib, lakin sel fəlakəti təhlükəsi qalır


Florens qasırğası nəticəsində şiddətli yağışlardan sonra Şimali Karolina ştatının Vallas şəhərindəki bir çox evi su basıb.
Florens qasırğası nəticəsində şiddətli yağışlardan sonra Şimali Karolina ştatının Vallas şəhərindəki bir çox evi su basıb.

ABŞ-ın Şimali və Cənubi Karolina ştatları ərazilərində şiddətli yağışlarla müşayiət olan Florens qasırğası gücünü itirsə də, çayların daşması nəticəsində qarşıdan gələn bir neçə gün, bəlkə də həftələr ərzində sel fəlakəti təhlükəsi mövcuddur.

Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, Florens artıq tropik qasırğa kateqoriyasından çıxıb və tropik depressiya (aşağı atmosfer təzyiqi sahəsi) kateqoriyasındadır. Bununla belə mərkəz bildirir ki, artıq tədricən ərazidən çəkilməsinə baxmayaraq, Şimali Karolina və Virciniya ştatlarının mərkəzi bölgələrində güclü yağışlar nəticəsində sellər davam edir.

Milli Qasırğa Mərkəzinin meteoroloqu Zak Teylor bildirib ki, buna baxmayaraq, “söhbət hələ də həyata təhlükə yaradan fəlakətli və təhlükəli fırtınadan gedir”.

Xilasetmə işçiləri Şimali Karolina ştatındakı tarixi Nyu Bern şəhərində su basmış yerlərdə qalmış insanları axtarışı əməliyyatı keçirir, 15 sentybr, 2018.
Xilasetmə işçiləri Şimali Karolina ştatındakı tarixi Nyu Bern şəhərində su basmış yerlərdə qalmış insanları axtarışı əməliyyatı keçirir, 15 sentybr, 2018.

Florens qasırğası nəticəsində azı 13 insanın həyatını itirdiyi bildirilir.

Qasırğa mərkəzindən verilən məlumata görə bazar günü Şimali Karolina və Cənubi Karolina ştatının şərq hissəsində tornadoların baş verməsi ehtimalı var.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper şənbə günü bildirib ki, gücünün aşağı düşməsinə baxmayaraq, Florens qasırğasının böyük həcmdə yağışlarla müşayiət olacağı gözlənilir. Bu isə geniş miqyasda əraziləri sel fəlakəti qarşısında qoya bilər. Kuper əlavə edib ki, ərazidə suyun səviyyəsi artmağa davam edir.

ABŞ-ın Sahil Mühafizə Xidmətinin üzvləri Şimali Karolina ştatındakı Nyuport şəhərində su basmış evlərdə insanların axtarışını aparır, 15 sentyabr, 2018.
ABŞ-ın Sahil Mühafizə Xidmətinin üzvləri Şimali Karolina ştatındakı Nyuport şəhərində su basmış evlərdə insanların axtarışını aparır, 15 sentyabr, 2018.

Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster isə bildirib ki, prezident Donald Tramp onu qasırğanın nəticələrinin aradan qaldırılması səylərində ştat üçün “mümkün olan hər şeyin ediləcəyinə” əmin edib.

Şimali Karolina ştatında yüzlərlə insan su səviyyəsinin qaxdığı ərazilərdən xilas edilərək çıxarılıb. Rəsmilərin bildirdiyinə görə, tarixi Nyu Bern şəhərində evlərini su basmış insanlardan 150-dən çox telefon zəngi gəlib.

Florens qasırğasının bazar və bazar ertəsi günləri ABŞ-ın şimal-şərq bölgələri istiqamərində hərəkət etdiyi zaman sürətini bir qədər artıracağı gözlənilir.

XS
SM
MD
LG