Accessibility links

Tramp koronavirusla bağlı mətbuat konfransı keçirəcək


ABŞ prezidenti Prezident Donald Tramp qarışıq mesajlar və administrasiyasının dağınıq reaksiyasına artan tənqidlər səbəbi ilə millətin çaşqınlığını sakitləşdirmək üçün koronavirus pandemiyasına ilə əlaqədar mətbuat konfransı təşkil edəcək.

"Bu gün saat 3:00-da, (Vaşinqton saatı ilə) Ağ Evdə mətbuat konfransı keçirəcəyəm" - deyə. Tramp tweet yazıb. "Mövzu: CoronaVirus!"-dur - deyə, o əlavə edib.

Mətbuat konfansı keçən həftə sonu yükəək səlahiyyətliləri şəxslərin də iştirak etdiyi siyasi konfrans iştirakçılarından birində virusun aşkarlanması, həmçinin Trampın görüşdüyü yüksək səviyyəli rəsmi şəxslər də də virusun aşkarlanmasından sonra, eləcəd ə 2 gün əvvəl xalqa müraciəti zamanı yol verdiyi səhvlər ucbatından qaçılmaz olub.

Hazırda virus səbəbi ilə dünya üzrə qabaqlayıcı tədbirlər olaraq milyonlarla tələbəyə evdə qalmaq tapşırığı verilib, böyük toplantılar ləğv olunub, restoranlar, barlar və ofislər bağlanır.

Donald Tramp və administrasiyası virusun aşkara çıxarılması üçün yaradılan sınaq dəstlərinin uğursuz çıxması, eləcə də ABŞ-ın Avropaya səyahət qadağası tətbiq etməsi nəticəsində ölkədə yaratdığı çaşqınlıq səbəbi ilə kəskin tənqidlərə məruz qalıb.

Nadir hallarda səhvini etiraf etməklə tanınan Tramp xalqa müraciətini bitirdikdən sonra köməkçilərinə səhvən yeni elan edilmiş səyahət qadağasının kargo yükdaşımalara da şamil edildiyini deməsi ilə yanlışlığa yol verdiyini bildirib.

Bu çıxışdan sonra Ağ Ev Trampın çıxış zamanı yazılmış mətndəki səhvləri düzəltmək üçün təcili və təxirəsalınmaz addımlar atmaq məcburiyyətində qalıb.

XS
SM
MD
LG