Accessibility links

ABŞ Silah Ticarəti Sazişindən çıxır


ABŞ Silah Ticarəti Sazişindən çıxır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

ABŞ Silah Ticarəti Sazişindən çıxır

Ötən cümə günü ölkənin ən güclü silah hüquqları müdafiəsi qrupu olan Milli Silah Assosiasiyasının illik toplantısında prezident Donald Tramp ABŞ-ın 2013-cü ildəki Birləşmiş Millətlər Təşkilatının Silah Ticarəti Sazişindən geri çəkildiyini və bunun xarici silahlı münaqişələrə silah verilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Amerikalılar 390 milyondan çox silaha sahibdir. Bu isə dünyada silah sahibi olan vətəndaşların sayının təxminən yarısını təşkil edir.

Bu silah sahiblərinin əksəriyyəti ABŞ-ın siyasətində təsirli lobbiçilik qrupu və ABŞ-ın BMT razılığına qoşulmasını dayandırmaq üçün sərəncam imzalayan prezident Donald Trampın yaxın müttəfiqi olan Milli Silah Assosiasiyasının üzvləridir.

"Mənim rəhbərliyim heç bir zaman BMT Silah Ticarəti müqaviləsini ratifikasiya etməyəcək. Ümid edirəm sevindiz,” Donald Tramp deyib.

BMT-nin Silah Satışı üzrə beynəlxalq razılaşma 2013-cü ildə Obama administrasiyası dövründə imzalanıb, lakin heç zaman Senat tərəfindən ratifikasiya edilməyib.

Bu razılaşma qeyri-nüvə silahlarının transsərhəd təchizatını tənzimləyir və insan hüquqlarının pozulmasına yol verənlərə qeyri-qanuni silahlardan istifadəyə mane olur.

Tomas Kantrimən müqavilə üzrə ABŞ-ın aparıcı vasitəçisi olub.

"İran, Şimali Koreya və Suriya 2013-cü ildə bu müqaviləyə səs verməkdən imtina edən yeganə ölkələr olub. İndi isə ABŞ da özünü bu ölkələrlə bir sıraya qoyur," Silaha nəzarət assosiyasından Tomas Kantrimən deyir.

BMT razılaşması Milli Silah Assosiasiyası (NRA) və amerikalıların silah sahibi olmaq hüququnu müdafiə edən Konstitusiyanın 2-ci düzəlişini pozacaqlarına inanan digər mühafizəkar qruplara ziddir.

Razılaşmanı rədd edərək, Tramp öz administrasiyasının silah hüquqlarını müdafiə edəcəyini göstərməyə can atır. 2020-ci ildə yenidən seçilməyə çalışırsa, NRA-nın dəstəyi Tramp üçün vacibdir.

Trampın bu qərarı Paris İqlim sazişi və İranın nüvə razılaşması kimi beynəlxalq müqavilələrdən çıxması kimi addımların sonuncusudur.

" Bu, ABŞ-ın dünyadakı etibarlılığı və liderliyini daha da azalda bilər,” Tomas Kantrimən deyir.

Administrasiya rəsmiləri qeyd edirlər ki, Rusiya və Çin də daxil olmaqla, 25 ən çox silah ixrac edən ölkədən 17-i indiyədək 96 ölkənin ratifikasiya etdiyi BMT-nin Silah Ticarət Sazişini imzalamayıblar.

XS
SM
MD
LG