Accessibility links

ABŞ-da Prezident Günü Tramp əleyhinə yürüşlərlə qeyd edilib


Birləşmiş Ştatlar prezidenti Donald Trampa qarşı etirazlar Prezident Günü yenidən baş qaldırıb. Amerikanın onlarla şəhərində yerli fəallar küçələrə çıxaraq, "Mənim Prezident Günüm deyil" şüarları səsləndirib.

Yürüş təşkilatçılarının dediyinə görə, Tramp siyasətinə və bəyanatlarına qarşı Los-Ancelesdən tutmuş Çikaqo və Miçiqan da daxil edilməklə, ölkənin 28 şəhərində minlərlə insanın nümayişə çıxacağı gözlənilirdi.

Nyu-York şəhərində yüzlərlə etirazçı Tramp mehmanxanasının qarşısına toplaşaraq, "o yalan deyir, gözlərinizi açın" deyə, şüarlar səsləndirib.

Çikaqo şəhərində də 1200-ə qədər aksiya iştirkçısı Tramp mehmanxanasının və binasının qarşısına toplaşıb. Orada da insanlar Trampın abort əleyhinə səyləri və mühacirlərlə bağlı siyasətinə etiraz olaraq, "Mənim bədənim mənim seçimimdir" və "İsa peyğəmbər də qaçqın idi" kimi sözlər yazılmış plakatlar qaldırıb.

XS
SM
MD
LG