Accessibility links

Trampın gizli seçiciləri [Video]


Trampın gizli seçiciləri
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Son rəy sorğuları göstərib ki, prezidentliyə Respublikaçı namizəd Donald Tramp rəqibi Demokrat namizəd Hillari Klintondan irəlidədir. Tərəfdarlarının dediyinə görə, Trampı dəstəkləyənlər sorğuların göstərdiyi nəticələrdən daha çoxdur. Bu da o deməkdir ki, Trampı dəstəkləyənlərdən bəziləri ona səs verəcəklərini gizlədir.

Sandra Doll Penselvaniya ştatının şərq bölgəsində Trampın seçki kompaniyasına yardım edir. O, rəy sorğusu keçirənlər zəng edən zaman Tramp seçicilərinin telefona cavab vermədiyini deyir. “Onların çoxu bunu gizlədir, bu haqda danışmaq istəmir.”

Sandra Doll deyir ki, sakit durmaqla tərəfdarları seçkilərdə Trampın qalib gələcəyini düşünür.

Tramp tərəfdarlarının çoxu sorğulara və sorğu təşkilatları və bütün bu kimi təsisatlara etibar etmir. Qərarlarını gizli saxlamaqda bəlkə də onların başqa səbəbi var. Bəziləri Trampa səs verənlər arasındakıların reputasiyalarının pis olduğunu düşünür.

Sonradan təəssüf hissi keçirdiyini bildirsə də, prezidentliyə Demokrat namizəd Hilları Klinton bunları demişdi. “Tramp tərəfdarlarının yarısı ikrah doğuran insanlardır. Onlar irqçi, seksist, homofob, ksenofob və islamofobdur.”

Dartmoz kollecindən Professor Co Bafomi: “Onlar gedib səsvermə kabinəsidə səs verəcəklər, lakin hansı namizədə səs verəcəklərini gizli saxlayacaqlar.”

Bunabənzər hadisə 1980-ci illərdə də baş vermişdi. Tom Bredli ilk afrikalı-amerikalı idi ki, namizədliyini Kaliforniya qubernatorluğuna vermişdi. Rəy sorğuları zamanı səs çoxluğuna baxmayaraq. Seçkilərdə məğlub olmuşdu. “O zaman çox sayda ağdərili Demokrat Demokratlara səsə verəcəyini deyirdi. Lakin seçkilər zamanı Bredliyə səs vermədi, çünki o, qaradərili idi.”

Pyu Araşdırma Mərkəzindən Kortni Kennedi Trampın praymerilər zamanı sorğuları online vasitəsilə apardığı göstəricilərin yüksək olduğunu, çünki bunun telefonla canlı insanla danışmaqdan daha rahat olduğunu deyir. “İnsanlar yarışların ilkin mərhələsində Trampa səs verdiklərinə görə təzyiq hiss edə bilər. lakin ümumi seçkilərdə belə olacağını söyləmək olmaz.

Lakin praymerilərdən bəri canlı sorğu ilə online sorğusu arasında fərq azalıb. Pyunun bu yaxınlardakı sorğularında insanlara kimə səs verəcəkləri ilə bağlı nə qədər rahat olduqlarına dair sual da olub.

Ekspertlər isə deyir ki, Trampın utancaq seçicilərinin seçkilərə böyük təsiri olmayacaq. Lakin yarışlar gərginləşdikcə hər bir zəif təsir belə mühüm ola bilər.

XS
SM
MD
LG