ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişdirmək cəhdi və reketliklə bağlı ittihamlarla əlaqədar olaraq Corciya ştatının Atlanta şəhərindəki Fulton Mahalı Həbsxanasına qeydiyyata düşmək üçün daxil olandan 20 dəqiqə sonra həbsxananı tərk edib.
Donald Tramp Fulton həbsxanasının binasına yerli vaxtla saat 19:30-da daxil olub və onun orada həbsxana fotosu çəkilib.
Bu, son beş ayda artıq dördücü dəfədir ki, Tramp həbsxanada qeydiyyata alınır.
Tramp vəkillərinin bu həftənin əvvəlində Fulton Mahalının prokuroru Fani Uillislə üzərində razılaşdıqları 200 min dollarlıq zamini ödəyəndən sonra mühakimə olunana qədər sərbəst buraxılıb.
Atlanta hava limanında təyyarəsinə minmədən öncə Tramp həbsi ilə bağlı jurnalistlərlə qısa açıqalama verib.
"Burada baş verənlər ədalətin parodiyasıdır. Biz səhv bir şey etməmişik. Mən səhv etməmişəm və bunu hamı bilir" deyə Tramp bildirib. "Onların etdikləri seçkiyə müdaxilədir," o əlavə edib.
"Biz yanlış heç nə etməməişik və bizim ədalətsiz olduğunu düşündüyümüz seçkiyə etiraz etmək üçün hər cür hüququmuz var," Tramp əlavə edib.
O, jurnalistlərin suallarını cavablandırmqadan yayınıb.
ABŞ-ın başqa heç bir sabiq prezidentinə qarşı cinayət ittihamı irəli sürülməyib. Lakin Tramp hazırda prezidenliyi müddətində, ondan öncə və sonra atdığı iddia olunan addımlara görə 91 ittihamla üz-üzədir.
O, Corciya ştatında 13 ittihamla üzləşir. Uillis cümə axşamı onun və onunla birgə mühakimə olunan 18 nəfərin məhkəməsinin 23 oktyabra təyin edilməsinə çağırıb. Ancaq Tramp və digərləri məhkəmənin iki ay sonra başlamasına etiraz edə bilər. Çox güman ki, yekun məhkəmə tarixini Fulton Mahalının Ali Məhkəməsinin hakimi Skott MakAfi təyin edəcək.
Qarşılaşdığı bir sıra ittihamlara baxmayaraq, Tramp Demokratların ehtimal edilən namizədi prezident Co Baydenə qarşı mübarizə aparmaq üçün partiyanın 2024-cü il prezidentliyə namizədliyi üçün əsas Respublikaçı namizəddir.
77 yaşlı Tramp hər hansı bir işdə təqsirli bilinərsə, illərlə həbs oluna bilər.
O bütün ittihamları rədd edib və ona qarşı dörd işi davam etdirən üç prokuroru və məhkəmə proseslərinə nəzarət etmək üçün təsadüfi seçilmiş dörd hakimdən ikisini kəskin təqib edib. O iddia edib ki, ona qarşı irəli sürülən ittihamlar onun 2024-cü ildə prezidentlik vəzifəsinə qayıtmaq üçün apardığı seçki kampaniyasına mane olmaq məqsədi daşıyan siyasi ifritə ovudur.
Corciyada sərbəst buraxılması üçün zaminə razılaşan Tramp həmçinin sosial media platformalarında da daxil olmaqla, şahidləri təhdid etməməyə və ya qorxutmamağa razılaşıb.
Forum