Accessibility links

Trampın NATO-da sınaqları: Qadın liderlər [Video]


Trampın NATO-da sınaqları: Qadın liderlər
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Donald Tramp prezidentlik vəzifəsini icra etməyə başlayanda NATO-ya daxil olan aparıcı dövlətlərin qadın liderləri ilə çiyin-çiyinə işləməli olacaq. Seçki kampaniyası zamanı Tramp qadınlarla bağlı hörmətsiz çıxışlarına görə tənqid edilmişdi. Onun eyni zamanda NATO üzvləri ilə bağlı açıqlamalarına aydınlıq gətiriləcəyinə ehtiyac olduğu deyilir. Donald Trampın ABŞ-ın dünyanın ən güclü alyansının üzvlərini müdafiə etmək haqda öhdəliyi ilə bağlı suallar qalmaqdadır.

Donald Trampın Nyu-York Times qəzetinə verdiyi müsahibəsi zamanı Birləşmiş Ştatların NATO üzvlərini Rusiyanın təcavüzündən yalnız onların bu ittifaqa verdiyi ədalətli töhvələrinə görə müdafiə edəcəyini deməsi alyansı və təhlilçiləri heyrətə gətirdi. Londonun Kral Kollecindən Kristin Çen: “Donald Tramp və onun əsasən də NATO ilə bağlı fikirləri çox təhlükəlidir. O, bu alyansın düz ürəyindən vurur və bu, əsasən də Şərqi Avropa ölkələri olmaqla, bir çox dövləti narahat edir.”

Lakin Çen kimi təhlilçilərın fikrincə, belə çıxışları ilə yeni seçilmiş prezident yalnız NATO ilə münasibətlərinı şübə altına almır. Onun kampaniyası zamanı qadınlar haqqında səsləndirdiyi nalayiq ifadələr Britaniyada Tereza Mey, Almaniyada Angela Merkel də daxil edilməklə, NATO-nun aparıcı üzvləri ilə münasibətlərə təsir göstərə bilər. “Mən düşünürəm ki, xanim Mey və xanım Merkel olduqca peşəkar və nəzakətlidir. Bir qadın kimi onun dediklərinə və əməllərinə diqqət verilməyəcəni düşünmək mümkün deyil” deyə, Çen bildirir.

Londondan iqtisadçı Meri İvans: “Donald Trampla üz-üzə gəlmək, başqa dünyadan, yəni tamamilə başqa planetdən olan bir adamla görüşmək deməkdir.”

Lakin orada Tramp, Mey və Merkel arasında ortaq bir razılaşma var: Lazım gəldikdə onlar birlikdə olacaq. “Mənim fikrimcə, avropalılar Tereza Meylə müqayisədə xanım Merkelə daha çox üstünlük verir.

Fikrimcə, Tereza Meydən daha çox avropalı hesab edilən xanım Merkel Trampa bir Amerika fenomeni kimi baxacaq. Onu Avropa ölçüləri ilə bu ölkənin, bu olduqca zəngin və parlaq ölkənin ideyalar və insanlar yetişdirdiyi fenomen kimi qəbul edəcək.”

Yeni seçilən qeyri-adi prezidentin NATO üçün nə demək olduğu yaxın aylarda aydın olacaq.

XS
SM
MD
LG