Accessibility links

Tramp ağdərili fəhlə sinfi seçicilərini cəlb edir [Video]


Tramp ağdərili fəhlə sinfi seçicilərini cəlb edir
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Tramp ağdərili fəhlə sinfi seçicilərini cəlb edir

Divar inşa və ticarət razılıqlarını ləğv etmək vədləri ilə Donlad Tramp əsasən Birləşmiş Ştatların fəhlə sinfinə aid ağdərili seçicilərin diqqətini cəlb edərək Respublikaçılar partiyasının prezidentliyə nominsaiyasını qazandı. Ənənəvi olaraq Demokratları dəstəlkəyən sənaye ştatı Pennsilvaniyada bəzi seçicilər də Donald Trampı dəstəkləyir.

Bob Bolus Amerikanın gələcək prezidentinin kimin olmasını istədiyni bilir.

“Mənim Donald Trampa böyük inamım var,” deyə o bildirir.

Bolusun yük maşının üzərini “Amerikanı Yenidən Möhtəşəm Edək”-dən “Divar İnşa etməyə” kimi Tramp kamapniyasının şüarları bəzəyir.

O bu tryeleri bütün Amerika boyu Tramp, Sanders və Klinotnun seçki mitinqləri keçirilən yerlərin önündə park edib.

Skranton biznesmenisərhədləri bağlı və idxalların qadağan olunduğu fəqrli bir Amerika istəyir.

“Bizim ticarət balansımız olacaq. Bunun kimi yük maşınları yenidən bütün Birləşmiş ştatlar boyu hər yerdə olacaq və işlərində xarici ölkələrdə istehsal olunan xarici mallar deyil, Amerikada istehsal olunan amerika malları olacaq.”

Pennsilvaniya ştatının şimal-şərqində yaşayan ağdərili fəhlə sinfinin nümayəndələrinin çoxu bu fikirdədir, deyə əslən Skrantonlu olan Muhlenberq Kollecinin professoru Kristofer Borik bildirir.

Ən son rəy soğuları Trampın ştatdakı ali təhsili olmayan əhalisi arasında Klintondan 53-31 faiz nisbəti ilə öndə getdiyini göstərir.

“Onlar bir çox məsələdə təhlükə hiss edirlər. Onlar iş yerlərini itirməkdən qorxurlar və buna səbəb kimi ticarət razılıqları və mühacirəti görürlər.”

Ağ dərili fəhlə sinfi demoqrafiyası Donald Trampa üstünlük versə də, unutmaq lazım deyil ki, bu ştat Demokratların elektoratının güclü olduğu dayaq ştatdır və son altı seçkidə Demokratlar böyük fərqlə burada qalib gəliblər.

Skranton həmçinin Hillari Klinotnun atasının dünyaya gəldiyi və özünün yay tətillərini keçirdiri yerdir. Elə bu səbəbdən də Trampın burada qalib gəlməsi çox çətin ola bilər.

O bunu etmək üçün Respublikaçı seçiciləri seçki günü seçki məntəqələrinə gəlməyə təşviq etməlidir.

Bu seçicilərdən biri də tibbi avadanlıq distribüteri Mayk Rutdır. Rut Trampın liderlik bacarıqları ilə bağlı narahatlıqlarına baxmayaraq ona səs verəcəyini deyir.

“O, özünü razılıqlar ustası adlandırır, amma mən bilirəm ki, hər şey ya onun istədiyi kimi olmalıdır, ya da heç bir razılaşma olmur. Xarici dövlət başçıları ilə işləyəndə isə bu cür yanaşma ilə heç bir danışıq aparmağa ehtiyac qalmır,” deyə o bildirir.

Rut güvənilməz adlandırdığı Klintona səs verməyin mümkünsüz olduğunu deyir.

Skrantonlu yük maşını sürücüsü Kişan Markarian yaxşı bir seçimin olmadığını və hər iki namizədin mənfi cəhətlərinin bu il seçkidə iştirakını çətinləşdirdiyini deyir.

“Bilmirəm. Mənə qalsa, heç birinə səs verməzdim. Amma ele də olmaz. Bu ölkəyə kimsə rəhbərlik etməlidir,” deyə o bildirir.

Bu cür qərarsızlıq budəfəki kimi qeyri-adi Amerika prezident seçkiləri üçün tanış bir vəziyyətdir.

XS
SM
MD
LG