Accessibility links

Donald Trampın Yaponiya səfəri davam edir


ABŞ prezidenti və Yaponiyanın baş naziri Şimali Koreyanın raket sınaqları həyata keçirməklə BMT-nin qətnamələrini pozduğuna dair fərqli mövqelərdən çıxış edib. Lakin liderlər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ortaq mövqe sərgiləyib.

Mən inanıram ki, İran danışıqlar istəyir

Tokioda təşkil edilən birgə mətbuat konfransında Şinzo Abe deyib ki, Şimali Koreya raket sınaqları həyata keçirməklə BMT-nin qətnamələrini pozub.

Donald Tramp isə Şimali Koreya lideri Kim Conq Unun diqqət çəkmək üçün sınaqlar həyata keçirdiyini, lakin sınaqların şəxsən onu narahat etmədiyini deyib.


Trampın şərhləri daha çox iqtisadi məsələlərlə bağlı olub. O, ABŞ-ın ticarət defisitlərinin azaldılması üçün Yaponiya və Çinlə ticarət razılıqları əldə edilməsinə diqqət verdiyini bildirib.

Abe ABŞ prezidentinin Yaponiyanın Amerika ilə davamlı ticarət danışıları prosesini barədə dediklərini alqışlayıb. O deyib ki, gələcəkdə enerji, rəqəmsal və infrastruktur sahələrində daha sıx əməkdaşlıq görmək istəyir.

Bütün bunlarla yanaşı Trampın ABŞ-ı 12 dövlətin üzv olduğu Trans-Sakin okeanı tərəflığından çıxarmasından sonra razılıq əldə ediləcəyi gözlənilmir.

Bazar ertəsi danışıqlarının əvvəlində Tramp Yaponiyanın İranla Amerika arasında vasitəçilik etmək səylərini yüksək qiymətləndirib.


"Baş nazir bu haqda mənimlə danışıb. Mən inanıram ki, İran danışıqlar istəyir. Əgər onlar istəyirsə, biz də danışmaq istəyərik. Mən bilirəm ki, baş nazir İran rəhbərliyi ilə yaxın əlaqələrə malikdir" , ABŞ dövlət başçısı bildirib.

Birləşmiş Ştatların İrana qarşı sanksiyaları sərtləşdirməsi ölkələr arasında gərginliyi artırıb.

ABŞ ölkənin ən böyük neft alıcılarına neft almağa davam edə bilmək üçün verilən imtiyazları ləğv edib.

ABŞ dövlət katibi bildirib ki, səkkiz alıcıya verilən bu imtiyazları başa çatdırmaqla Birləşmiş Ştatlar İran hökümətinə “maksimum təzyiq” tətbiq edəcək.

Bazar ertəsi günü Tramp həm də ilk xarici lider kimi mayın 1-dən taxta çıxan imperator Naruhito ilə görüşüb.

Prezident və birinci xanım Melaniya Tramp İmperator Sarayında təşkil edilən ziyafətdə iştirak edib.

Çərşənbə axşamı günü Yaponiyanı tərk etməzdən öncə Trampın Yokosuka harbi hava bazasına səfər edəcəyi və Amerikanın hərbi personalı ilə görüşəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG