Accessibility links

Donald Tramp Şimali Koreyanın sülh istəyinə inandığını deyib


ABŞ prezidenti Şimali Koreya prezidentinin onunla görüşmək niyyətini bəyan etməsindən sonra o ölkənin sülh əldə edilməsi istəyinə inandığını deyib.

Pennsilvaniya ştatında keçirilən siyasi yürüş zamanı Donald Tramp deyib ki, raketlərlə tam silahlanmış prezident Kim iki ölkə liderinin görüşünə hazır olduğu bir vaxt raket hücumlarına əl atmayacaq.

ABŞ dövlət başçısı əlavə edib ki, görüşdən dərhal çıxacaq, ya da oturub dünya üçün mühüm bir saziş əldə edəcəyik.

Тramp bundan əlavə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının baş tutmasını nüvə təhlükəsinin azaldılması səyləri ilə izah edib.

75 dəqiqəlik nitqi zamanı ABŞ prezidenti bir sıra digər məsələlərə də toxunub.

Danışıqların keçirilməsi elanı veriləndən bəri Vaşinqtondakı ABŞ qanunvericiləri, o cümlədən Çin, Yaponiya və Cənubi Koreya rəsmiləri irəliləyiş olduğunu qeyd ediblər. Bununla bərabər onlar danışıqların potensial nəticələri ilə bağlı ehtiyatlıdırlar.

XS
SM
MD
LG