Accessibility links

Trampın Kabinet üzvləri Konqresdə müzakirəyə çıxarılır


ABŞ Senatında Respublikaçıların lideri Mitç Makkonnell demokratlara "böyüməyi" məsləhər görərək növbəti prezident Donald Trampın Kabinet üzvlüyünə nominasiya etdiyi şəxslərin təsdiq edilməsinin qarşısını almamağa çağırıb.

Bu həftə Trampın Kabinet namizədlərindən ən azı yeddisinin Senat komitələrində müzakirəyə çıxarılacağı gözlənilir. Buraya dövlət katibliyinə namizəd Reks Tillerson, baş prokurorluğa nominasiya edilmiş Ceff Seşşins və təhsil naziri iddialısı Betsi Devos da daxildir.

Bütün bu kiçik prosedur şikayətləri onların Ağ Ev uğrunda mübarizədən qalib ayrılmaması ilə bağlıdır. Nəinki Ağ Ev, onlar Senatı da uduzublar. Mən bunu başa düşürəm, ancaq burada bir az böyüməliyik və onu unutmalıyıq.
Mitç Makkonnell

Trampın Kabinetə nominasiya etdiyi şəxslərin bəziləri nəhəng maliyyə əmanətlərinə sahib milyarderlərdir. Tillerson və Devos da onlar arasındadır. Demokratlar isə deyir ki, onlar tam yoxlanılmayıb.

CBS telekanalının "Xalqla üz-üzə" proqramına müsahibəsində Makkonnell Demokratları Donald Trampa çətinliklər yaratmaqda ittiham edib.

"Bütün bu kiçik prosedur şikayətləri onların Ağ Ev uğrunda mübarizədən qalib ayrılmaması ilə bağlıdır. Nəinki Ağ Ev, onlar Senatı da uduzublar. Mən bunu başa düşürəm, ancaq burada bir az böyüməliyik və onu unutmaliyiq" - deyə Makkonnel bildirib.

O, habelə 2009-cu ilə nəzər salaraq bəzilərinin "ifrat liberal" olmasına baxmayaraq Respublikaçıların Obamanın nominasiya etdiyi şəxsləri təsdiq etdiyini xatırladıb.

XS
SM
MD
LG