Accessibility links

Donald Tramp: Məktəblərin təhlükəsizliyi prioritet ediləcək


ABŞ prezidenti zehni xəstəliklərlə mübarizə kimi çətin problemlərin həlli və məktəblərin təhlükəsizliyinin prioritet ediləcəyinə and içib. Lakin Donald Tramp silahlara nəzarətlə bağlı narahatlıqlar məsələsinə toxunmayıb.

Məktəblilərə atəş açan şəxs gələn cümə axşamı günü məhkəmə qarşısına çıxarılacaq.

Florida ştatı rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlar məktəbində atəş açaraq, 17 nəfəri öldürən 19 yaşlı şəxs həbs edilib.

Polis çərşənbə günü Mayami şəhərinin 70 km-liyindəki Parklend şəhərinin Marcori Stonman Duqlas adına məktəbə silahlı hücum edən şəxsin adının Nikolas Kruz olduğunu bildirib.

Məlumatda Nikolas Kruzun həmin məktəbin keçmiş şagirdi olduğu deyilir. Kruzun əvvəlcə məktəb binası yaxınlığında atəş açmağa başladığı, sonra atəşi binaya girərək davam etdiyi, daha sonra isə məktəbi tərk etməyə çalışan şagirdlərlə birlikdə qaçmağa çalışdığı bildirilib.

Rəsmilər məktəbə edilən hücum zamanı 17 nəfərin öldüyünü, yaralananların isə xəstəxanaya çatdırıldığını bildirib.

Brovard mahalı polis idarəsinin rəisi Skot İsrael hücumun dəhşətl və qəsdən düşünülmüş olduğunu deyib. Polis rəisi həm uşaqlar, həm də böyüklərin qətlə yetitildiyi hücumda bir neçə daraqlı AR-15 avtomatından istifadə edildiyini bildirib.

XS
SM
MD
LG