Accessibility links

ABŞ prezidenti səfər qadağasını 8 ölkəyə şamil edib


Birləşmiş Ştatlara səfər edəcək şəxslər prezident Donald Trampın 8 ölkədən səyahət qadağası haqda bazar günü imzaladığı yeni qanunda əlavə məhdudiyyətlərlə qarşılaşacaq.

Oktyabrın 18-də qüvvəyə minəcək yeni qaydalar Çad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına şamil ediləcək.

Rəsmilərin bildirdiyinə görə, adları çəkilən ölkələr Birləşmiş Ştatlarla terrorizm və digər məsələlərə dair məlumatları bölüşməkdən imtina edib.

Yeni qadağa haqda açıqlama cənab Trampın 6 müsəlman ölkəsindən səfər edən vətəndaşlara 90 gün müddətinə qoyduğu müvəqqəti qadağanın müddətinin bitdiyi vaxta təsadüf edir.

Bundan əvvəlki sərəncama əsasən, İran, Liviya, Somali, Sudan, Suriya və Yemen vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa tətbiq edilmişdi.

ABŞ-da müsəlmanların vətəndaş hüquqlarını müdafiə edən ən böyük təşkilat olan "Amerika İslam Əlaqələri Şurası" müsəlmanlara qarşı bu son qadağanı Tramp administrasiyasının "çirkin ağ supremasist gündəliyinin bir hissəsi" olduğunu deyib.

Tramp keçən həftə London metrosunda həyata keçirilən bomba hücumundan sonra daha sərt səhayət qadağasına çağırıb.

XS
SM
MD
LG