Accessibility links

Tramp seçki ittihamlarında özünü təqsirli hesab etmir


ABŞ-ın sabiq prezidenti Donald Tramp cümə axşamı paytaxt Vaşinqtonda 2020-ci il seçkilərində daha dörd il hakimiyyətdə qalmaq niyyəti ilə məğlubiyyətini aradan qaldırmaq cəhdlərinə dair dörd maddədən ibarət federal ittiham üzrə günahsız olduğunu bildirib.

Tramp üzləşdiyi bir sıra iddialarda qanunsuzluq halları olduğunu büsbütün rədd edib.

Məhkəmə binası ətrafında gücləndirilmiş mühafizəsi şəraitində o, yarım saatlıq iclasda oturaraq ABŞ Magistrat Hakimi Moksila Upadhyayanın suallarını cavablandırıb.

Upadhyaya Trampa ittihamları oxuyub və onu hazırki ABŞ prezidenti Demokrat Co Baydenə seçkilərdə məğlubiyyətini aradan qaldırmaq üçün Birləşmiş Ştatlara qarşı ABŞ-da fırıldaq məqsədli konspirasiyada iştirak etməkdə ittiham edib və təqsirli bilinəcəyi təqdirdə onun hansı maddələrlə həbs oluna biləcəyini sadalayıb.

Daha sonra ənənəvi tünd mavi kostyum geyinmiş və qırmızı qalstuk taxmış Tramp hakimə çərşənbə axşamı Ədliyyə Departamentinin xüsusi müşaviri Cek Smitin göstərişi ilə federal böyük münsiflər heyəti tərəfindən verilən 45-səhifəlik ittiham aktında özünü təqsirli bilmədiyini bəyan edib.

Upadhyaya iş üzrə növbəti dinləməni avqustun 28-nə təyin edib. Həmin bu dinləməni Trampın məhkəməsinə nəzarət etmək üçün müəyyən edilmiş ABŞ-ın Dairə Hakimi Tanya Çutkan aparacaq. Upadhyaya Çutkanın Trampa ilkin iclasa qatılmaq tələbini aradan qaldırmağa hazır olduğunu qeyd edib.

Trampın müdafiəçisi Todd Blanş deyib ki, sabiq prezidentin vəkilləri Smitin vəkillərindən prokurorların onlara təhvil verməsi tələb olunan sənədlərin və elektron faylların həcmi və Tramp haqqında bəraətverici məlumatların nə dərəcədə olması barədə qiymətləndirməyə ehtiyac duyurlar.

Dinləmədən sonra Tramp şəxsi təyyarəsi ilə Nyu Cersidəki Bedminster qolf klubuna qayıtmaq üçün sürətlə Reyqan Milli Hava Limanına yollanıb.

O, ittihamnaməni "siyasi təqib" kimi səciyyələndirib və məhkəmə qarşısına çıxarılmasını "Amerika üçün çox kədərli bir gün" adlandırıb.

Forum

XS
SM
MD
LG