Accessibility links

Human Rights Watch: Trampın seçilməsi insan haqlarının müdafiəsini riskə qoyur


Human Rights Watch-un illik hesabatında bildirilir ki, ABŞ-ın növbəti prezidenti Donald Trampın seçilməsi və Avropada populist siyasətçilərin sayının artması Qərb demokratiyasına ciddi hədədir.

Kennet Rot
Kennet Rot

700-dən çox səhifəlik sənəddə 90 ölkədə insanlar haqlarının vəziyyətindən bəhs edilir. Hesabatda Trampın hakimiyyətə nifrət və qeyri-tolerantlıqla gəldiyi vurğulanır. Bildirilir ki, Trampın seçilməsi Çin və Rusiyada olduğu kimi qol gücü qanununa əsaslanır.

Tramp və bir sıra Avropa siyasətçisi hakimiyyətə irqçilik, ksenofobiya, yerlibazlıq və qadınlara nifrət nümayiş etdirməklə sahib olmağa çalışır

“Tramp və bir sıra Avropa siyasətçisi hakimiyyətə irqçilik, ksenofobiya, yerlibazlıq və qadınlara nifrət nümayiş etdirməklə sahib olmağa çalışır,” deyə HRW-un icraçı direktoru Kennet Rot bildirib.

“Onların hamısı insan haqlarının pozulması halları, işlərin təminat altına alınması, mədəni dəyişikliklərə yol verilməməsi, habelə terrorizmlə mübarizənin ictimaiyyətlərin qəbul etdiyində israr edir. İnsan haqların ehtiram göstərilməməsi tiranlığa istiqamət verir”-deyə Rot yazır.

O, bütün bunlara əlavə olaraq bildirir ki, Trampın prezident kampaniyası və Britaniyanın Avropa İttifaqını tərk etməsi irqçilik və dözümsüzlüyə əsaslanır.

Hesabatda qeyd edilir ki, demokratiyaya ən böyük hədə iqtisadi qeyri-bərabərlik kimi iqtisadi problemlər və terror hücumlarına görə populist liderlərin mühacirləri və azlıqları günahlandırmasıdır.

Rot bildirir ki, Qərbin siyasi liderləri artmaqda olan populistlərə qarşı mövqe sərgiləməlidir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG