Accessibility links

Tramp Türkiyəyə qarşı sarsıdıcı sanksiyaların tətbiqinə dair hədələrini bir daha təkrar edib


Bazar ertəsi ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sarsıdıcı sanksiyalar tətbiqinə dair hədələrini bir daha təkrar edib. O, sanksiyaların Suriyanın şimal bölgsində kürdlərə qarşı əməliyyatlara görə nəzərdə tutulduunu qeyd edib.

Amerika qüvvələrinin həmin bölgələrdən çıxarılması qərarını müdafiə edən ABŞ dövlət başçısı "həqiqətənmi insanlar NATO üzvü olan Türkiyə ilə bizim döyüşəcəyimizi düşünür? Sonsuz mharibələr bitir. Bizi Yaxın Şərqdəki sabitsizliyə sürükləyənlər bizim orada qalmağımıza üstünlük verir" - deyə, Tramp tvit edib.

Prezident onu da əlavə edib ki, kürd qüvvələri qəsdən İslam Dövləti əsirlərini azad etməklə, ABŞ qüvvələrini regiona geri qaytarmağa çalışa bilər.

Bu arada kürd, Suriya və Suriyanın müttəfiqi olan Rusiya arasında qeyri-adi razılıq əldə edilib.

Türkiyənin hücumunun qarşını almaq məqsədilə razılıq əldə edən Suriya ordusu bazar ertəsi sərhəddəki bir şəhərə daxil olub.

Suriyanın dövlət SANA xəbər agentliyinin bazar ertəsi bildirdiyinə görə, Suriya ordusu sərhəddən 20km. məsafədəki Təl-Tamr şəhərinə Türkiyənin təcavüzünün qarşısını almaq məqsə ilə daxil olduğunu və şəhər sakinlərinin bunu müsbət qarşıladığını bildirib.

Birləşmiş Ştatların hərbi qüvvələrini Suriyanın şimalından çıxartması və Türkiyə ordusunun kürdlərə qarşı hərbi əməliyyatlara başlamasından dörd gün sonra gəlinib.

Türkiyə ölkə daxilindəki separatçı kürdlərdlə əlaqəsi olan Suriya Demokratik Qüvvələrini terrorçu qrup olaraq tanıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Bakıda keçirilən Dünya Türk Biznes Şurasının toplantısında “Barış Pinarı” əməliyyatından danışıb. O, Ərəb Liqasının, NATO-nun, Avropa İttifaqının münasibətini tənqid edib.

Şərhlərə bax

XS
SM
MD
LG