Accessibility links

Trampın divar ideyası: Etirazlar və dəstək [Video]


Trampın divar ideyası: Etirazlar və dəstək
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Bu həftənin çərşənbə günü Kaliforniyaya səfər edən prezident Tramp Birləşmiş Ştatlarla Meksika arasında inşa edilməsini istədiyi divarın prototipinə baxıb.

Kaliforniyada prezident Trampın Meksika sərhədi boyu divar və mühacirətlə bağlı fikirlərinə qarşı olanlar çoxdur.

Prezident Tramp 9 metr hündürlükdəki prototipi qeyri-qanuni mühacirlərin qarşısının alınması üçün edildiyini deyib. “Bizim divar sistemimiz olmazsa ölkəmiz də olmaz. Meksikada problem çoxdur. Onların eyni problemləri burada da var.”

Sərhəddə divara etiraz Kaliforniyada çox güclüdür və cənubda, sərhədin o biri tərəfində olduğu kimi bu tərəfdə də etirazçılar San-Diyeqo küçələrinə çıxıb.

Tənqidçilərin fikrincə belə bir divar Birləşmiş Ştatların mühacirlərə bağlı olması deməkdir. “Mənim atam mühacir olub və bu ölkə mühacirlər tərəfindən qurulub. Bəzi istisnalar olmaqla, biz hamımız mühacirik və fikrimcə bu ölkəni böyük bir ölkəyə çevirənlərə üz çevirmək düzgün qərar deyil” deyə, etirazçılardan biri bildirir.

Digərləri isə prezident Trampın planlaşdırdığı 3200 km uzunluqdakı səddi dəstəkləyir. Tramp tərəfdarlarından biri isə bunları deyir: “Biz, Trampın sərhəddə divar inşa etməsini dəstəkləyirik və bu mesajı təkcə bu ölkəyə deyil, bütün dünyaya çatdırmaq istəyirik. Biz qeyri-qanuni mühacirətə son qoyulmasını və ölkəmizin yenidən gözəl olmasını istəyirik.”

Prezident Tramp divarın inşası üçün Konqresdən 18 milyard dollar istəyib. Lakin bu məsələ ilə bağlı dərin fikir ayrılıqları mövcuddur.

Konqresdə də Demokratlarla bəzi Respublikaçılar divarın inşasına qarşıdır. Bəziləri yüksək texnologiyalı təhlükəsizlik və daxili mühafizənin gücləndilirlməsini istəyir. Digərləri isə valideynləri tərəfindən uşaq ikən ABŞ-a gətirilən və deportasiya riski qarşısında olan milyonlarla mühacirin daimi yaşayış icazəsi ilə təmin ediləcəyinə ümid edir.

XS
SM
MD
LG