Accessibility links

Trampdan açıqlamalar: 50 000 iş yeri, Boeing və müdafiə naziri


Trump
Trump

Yaponiya tele-kommunikasiyalar nəhəngi SoftBankGroup ABŞ iqtisadiyyatına 50 milyard dollar yatıraraq 50 min iş yeri açmağı planlaşdırır. Bunu dünən ABŞ-ın növbəti prezident seçilmiş Donald Tramp bəyan edib.

Nyu-Yorkdakı Tramp Tower-in lobbisinə SoftBank-ın icraçı direktoru Masayoşi Son ilə birgə çıxan Donald Tramp xəbəri jurnalistlərlə bölüşüb. O da sonra buna dair Twitterdə də məlumat verib.

Son isə SoftBankın konkret hansı yatırımı edəcəyi ilə bağlı heç bir açıqlama verməyib.

Daha sonra Şimali Karolinanın Hayetvil şəhərində yürüşə qatılan Tramp rəsmən Kabinetinin müdafiə nazirinin adını açıqlayaraq həmin şəxsin “Quduz it” ləqəbli təqaüddə olan dəniz qüvvələri generalı Ceyms Mattis olduğunu bir daha təsdiq edib.

Mattis Amerikanın Yaxın Şərqdə əməliyyatlarını həyata keçirən ABŞ Mərkəzi Komandanlığının komandiri və NATO Müttəfiq Qüvvələrinin baş komandanı olub.

Generalın Əfqanıstan və İraqda düşmən qüvvələrə qarşı amansızlığı həm ona “Quduz it” ləqəbi, həm də ordu sıralarında böyük hörmət qazandırıb.

Mattisin təyinatı təsdiq olunmamışdan əvvəl Konqres müstəsna hal kimi qanuna düzəliş qəbul etməlidir. Hazırki qanunlara görə, müdafiə naziri olmaq üçün hər hansı keçmiş hərbçi səlahiyyətlərinin icrasına başlamamışdan ən azı 7 il əvvəl ordudan təqaüdə çıxmalıdır. Mattis isə cəmi 3 ildir təqaüdə çıxıb.

Bununla yanaşı, Tramp dünən Boeing şirkəti barədə mübahisəli fikirləri ilə də yadda qalıb. O bildirib ki, ABŞ prezidentini dünyanın hər yerinə aparan Air Force One təyyarəsi üçün Boeing-in hazırlamalı olduğu yeni təyyarənin ləğvinə çağırıb.

Təyyarənin ilkin qiyməti 3 milyard dollar olaraq göstərilsə də, yayılan məlumatlarda məbləğin artdığı deyilir.

Trampın Boeing barədə fikirlərini açıqlamasından sonra Nyu-York birjasında şirkətin səhmləri 1 faiz aşağı düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG