Accessibility links

Tramp səhiyyə planının süqutundan sonra diqqəti vergi islahatına yönəldir


ABŞ prezidenti Donald Tramp ölkədə səhiyyə xidmətləri planının dəyişdirilməsi səylərinin boş çıxmasından sonra əsas diqqəti vergi islahatı məsələsinə yönəldir.

"Mən deyərdim ki, biz yəqin ki çox böyük vergi ixtisarları və vergi islahatına başlayacağıq. Bu, növbəti addım olacaq"-deyə Tramp respublikaçıların Obamacare adı ilə tanınan səhiyyə proqramının ləğv edilməsinə dair qanun layihəsini səsverməyə çıxarmamasından sonra Ağ Evdə bildlirib.

Tramp bu açıqlamaları respublikaçıların Nümayəndələr Palatasında qanun layihəsinə kifayət qədər dəstək olmadığına görə onu səsverməyə çıxarmamağa məcbur olmasından sonra verib.

Vergi deklarasiyası
Vergi deklarasiyası

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin cümə günü bildirib ki, o, son iki ay ərzində administrasiysının vergi islahatına dair qanun layihəsini nəzərdən keçirib.

Onun sözlərinə görə, sənəddə ayrı-ayrı şəxsər və korporasiyalar üçün vergilərin ixtisarı nəzərdə tutulub. "Biz əsas diqqəti yuxarıda olanlar deyil, orta gəliri olanlar üçün vergi ixtisarına yönəltmişik"-deyə o bildirib.

Maliyyə naziri korporasiyalar üçün təklif olunan vergi dərəcəsi haqda bir söz deməyib, lakin bu səviyyənin hazırkı 35 faizdən aşağı olacağını bildirib.

O, prezidentin vergi planının yaxın zamanlarda təqdim ediləcəyini və avqust ayına qədər Konrqes tərəfindən təsdiq ediləcəyinə ümid bəslədiyini bildirib.

Ağ Evin sözçüsü Şon Spayser cümə günü müxbirlərə deyib ki, avqust ayı "ambisiyalı" görünsə də, administrasiya bu möhlətə "sadiq qalmağa çalışacaq".

Səhiyyə xidmətlərinə dair qanun layihəsini ləğv edib, yeni qanunu təqdim edə bilməmələri Respublikaçılar partiyasının daxilində ciddi fikir ayrılıqlarının mövcud olduğunu bir daha üzə çıxardı. Bu fikir ayrılıqları prezidentin infrastrukturun yenilənməsi və Meksika ilə sərhəddə divraın inşa edilməsi kimi təşəbbüslərini təhlükə altına ala bilər.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG