Accessibility links

Tramp seçki saxtakarlığı işinə yeni hakimin baxmasını istəyir


ABŞ-ın sabiq prezidenti Donald Tramp bazar günü iddia edib ki, onun 2020-ci il seçkilərindəki məğlubiyyətini aradan qaldırmaq cəhdində ittihamına nəzarət etmək üçün təsadüfi qaydada seçilən federal hakim onun üçün ədalətli olmayacaq və dəyişdirilməlidir.

O, həmçinin bildirib ki, məhkəmə işi sakinlərin böyük əksəriyyətinin onun əleyhinə səs verdiyi Vaşinqtondan çıxarılmalıdır. Çünki burada gələcək münsiflər heyəti qeydiyyatdan keçmiş seçicilər arasından seçiləcək.

Tramp "Truth Social" platformasında ABŞ-ın Dairə Hakimi Tanya Çutkana işarə edərək "'təyin edilmiş' hakimlə ədalətli mühakimə olunmağım üçün heç bir yol yoxdur" deyib.

ABŞ Kolumbiya Dairə Məhkəməsi Reuters agentliyinin məsələ ilə bağlı sorğusuna dərhal cavab verməyib.

Çutkan 6 yanvar 2021-ci ildə, 2000 Tramp tərəfdarının Demokrat qalibi Co Baydenin Konqresin təsdiqinə etiraz etmək üçün ABŞ Konqressindəki iğtişaşda rollarından qaynaqlanan müxtəlif cinayətlərdə günahlandırılaraq məhkəməyə gələn 38 Tramp tərəfdarının hamısını həbsə məhkum edib.

Çutkanın mühakimə etdiyi işlərdən dördü üzrə ittihamçılar müttəhimlər üçün həbs cəzası istəməyiblər. ABŞ mediası yanvarın 6-da işlərə baxan iyirmi federal hakim arasında Çutkanı ən sərt hakimlərdən biri kimi qələmə verib.

Vaşinqtonda federal böyük münsiflər heyəti keçən həftə Ədliyyə Departamentinin xüsusi müşaviri Cek Smitin təşəbbüsüi ilə Donald Trampa qarşı dörd maddədən ibarət ittiham aktını təqdim edib.

Tramp cümə axşamı ABŞ-ın hakimi qarşısında təqsirli olduğunu inkar edib.

Çutkan hazırda işə nəzarəti götürüb və avqustun 28-də keçiriləcək məhkəmə iclasında mühakimə tarixini təyin etməyi planlaşdırır.

Forum

XS
SM
MD
LG