Accessibility links

Donald Tramp Nyu Hempşir praymerizinin qalibi oldu


Donald Tramp
Donald Tramp

Sabiq prezident Donald Trampın partiyasının Nyu Hempşir ştatında keçirilən praymeriz adlı ilkn səsverməsində qalib gəlməsindən sonra Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli çərşənbə axşamı Respublikaçılar partiyasından prezidentiyə nominasiyasını qazanmaq üçün yarışda qalacağına söz verib.

Səslərin 93 faizi hesablanandan sonra, Tramp səslərin təxminən 54, Heyli isə 43 faizini qazanıb. Bu isə Trampın gözlənilən qalib olduğunu elan etmək üçün kifayət qədər böyük bir fərqdir.

Bu, Trampın bu seçki dövründə artıq ikinci qələbəsidir. Belə ki, noyabr ayında keçiriləcək ümummili seçkidə təkrar Prezident Co Baydenə qarşı rəqabət aparmaq istəyən Tramp ötən həftə Ayova ştatında keçirilən kokuslarda da qalib gəlib.

Çərşənbə axşamı tərəfdarları önündə çıxış edən Heyli Trampı təbrik edərək onun, Nyu Hempşirdəki qələbəsini qazandığını deyib. Ancaq Trampın bu yarışın çərşənbə axşamından sonra başa çatacağında dair lovğalarına baxmayaraq, Heyli kampaniyasına davam edəcəyinə söz verib.

“Bu yarış hələ bitməyib,” Heyli deyib. “Hələ onlarla ştat qalıb və bir sonrakı mənim sevimli Cənubi Karolina ştatımdır.”

İlkin səsvermə cədvəlində növbədə Cənubi Karolina ştatı var ki, Bayden 2020-ci ildə ilk ilkin səsvermələrin keçirildiyi ştatlarda məğlub olandan sonra məhz Cənubi Karolunada böyük qələbə əldə edərək, seçki kampaniyasını canlandırıb.

Çərşənbə axşamı tərəfdarlarına müraciət edən Tramp Heyli üçün “çox pis gecə” olduğunu deyib və onun həddindən artıq bayram ab-havası ilə çıxış etdiyini bildirib.

“Bu, tipik qələbə çıxışı deyil, amma gəlin çox pis bir nəticə əldə edən birinin qələbə iddia etməsinə imkan verməyək,” o deyib.

O həmçinin ötən həftə Ayoada keçirilən kokusların nəticələrini vurğulayıb. Həmin səsvermədən sonra ikinci yerdə gələn Florida qubernatoru Ron DeSantis namizədliyini geri çəkib, Heyli isə cüzi fərqlə DeSantisdən sonra üçüncü yerdə qərarlaşıb.

Heylinin kampaniyası çərşənbə axşamı günün əvvəlində onun martın 5-də 16 ştatda səsvermənin keçiriləcəyi “Super Çərşənbə Axşamı”nadək yarışda qalacağına söz verib. Heyli fevralın 24-də Cənubi Karolinada Respublikaçıların praymerisində momentum qazanmağa ümid edir.

Nyu Hempşir Demokratları da çərşənbə axşamı praymez keçirib və Baydenin qalib olacağı proqnozlaşdırılır, baxmayaraq ki, seçki bülletenində Prezident Co Baydenin adı yoxdur.

Demokratlar Partiyası prezident seçkisi dövründəki ilk praymeriz səsvərməsinin Nyu Hempşir əvəzinə cənub-şərqi Cənuni Karolina ştatında keçirilməsinə ümid bəsləyirdi.

Ancaq Nyu Hempşir Demokratları deyir ki, ştat qanunları onlardan ilk praymerizi keçirmələrini tələb edir və bu səbəblə də onlar səsverməni keçirirlər. Baydeni dəstəkləmək istəyənlər bülletenə onun adını özləri yazmalı olublar.

Baydenin kampaniyası deyib ki, çərşənbə axşamı keçirilən səsvermə “getdikcə aydın şəkildə” onu göstərir ki, noyabrdakı seçki 2020-ci ildə Baydenin Trampı məğlub etdiyi seçkinin təkrarı olacaq.

“Bu gecəki nəticələr Donald Trampın Respublikaçıların nominasiyasını alacağını və seçkiləri inkar edən, azadlıq əleyhinə olan MAGA hərəkatının Respublikaçılar Partiyasını ələ keçirməyi başa çatdırdığını təsdiqləyir,” Baydenin kampaniya meneceri Culi Çavez Rodrigez açıqlamasında bildirib. “Tramp amerikalılara respublikaçılar üçün seçkilər bahasına başa gələn eyni ekstremal gündəmi təklif edir: Amerika demokratiyasını sarsıtmağı, varlıları orta sinfin hesabında mükafatlandırmağı və bütün ölkədə abortları qadağan etməyi vəd edir.”

Prezidentliyə namizədlik uğrunda ilkin səsvermələr davam etdiyi bir vaxtda, Tramp dörd ittiham aktı üzrə misli görünməmiş 91 cinayət ittihamı ilə üz-üzədir və gələcək aylarda da daha bir iş üzrə məhkəməyə çıxarılacağı mümkündür. Onun seçicililərinin bəziləri, təxminən 15 faizi, rəy sorğularında bildirib ki, əgər o, hər hansı ittiham üzrə təqsirli bilinsə, onlar noyabrda ümummilli seçkidə ona səs verməyəcəklər.

Trampın üzləşdiyi ittihamlar arasında onun hakimiyyətdə qalmaq üçün 2020-ci ildə Baydenə məğlubiyətini ləğv etməyə çalışdığına dair iddialar var. O, bugünədək səhv olaraq səslərin hesablanmasındakı saxtakarlıq səbəbilə ilə yenidən seçilməsinin qarşısının alındığını iddia edir, baxmayaraq ki, nəticəni ləğv edəcək qədər əhəmiyyətli qanun pozuntularına dair heç bir sübut aşkar edilməyib.

Ştatlar üzrə ilkin səsvermələr bitəndən sonra, Respublikaçılar iyulda keçiriləcək partiyanın milli qurultayında rəsmi olaraq prezidentliyə namizədlərini seçəcəklər. Demokratların milli konvensiyası ilə avqust ayında keçiriləcək.

Forum

XS
SM
MD
LG