Accessibility links

Donald Tramp ABŞ-ın xarici siyasətinə dair mövqeyini bir daha təkrar edib


ABŞ-ın növbəti prezidenti Donald Tramp ABŞ-ın xarici siyasətində qeyri-müdaxiləçi baxışlarını bir daha dilə gətirib. O, prezidentlik kampaniyasında bildirdiyi kimi Amerika qüvvələrinin ehtiyac olmayan ərazilərdə döyüşmələrini istmədiyini bəyan edib.

Şimali Koralinanın Fayettevill şəhərində onu dəstəkləyənlərə “təşəkkür” toplantısında Tramp deyib ki, o, diqqətini İŞİD də daxil olmaqla, terrorçuların məğlub edilməsinə yönəldəcək.

“Və nəhayət hərbi qüvvələrdən yalnız ABŞ-ın milli təhlükəsizlik məqsədi ilə istifadə olunacaq. Biz hərbi qüvvələrimizin zəifləməsini istəmirik. Biz indi hər yerdəyik, döyüşməli olmadığımız yerlərdə döyüşürük. Bundan belə əsas Amerika olacaq, Amerika birinci olacaq. Biz kim olduqlarını bilmədiyimiz, bizə tamam yad olan xarici rejimləri məğlub etmək üçün mübarizə aparmayacağıq. Biz bu məsələlərə müdaxilə etməməliyik.”

O deyib ki, ABŞ müdaxilə və xaosa səbəb olan dağıdıcı dövrü dayandırmalıdır.

Tramp ABŞ ordusunu gücləndirəcəyini vəd edib. Amma bunun təcavüz deyil, möhkəmlik məqsədi daşıyacağını bildirib.

Kampaniyası zamanı NATO və digər müttəfiqlərin imkanlarından tam istifadə edib-etmədikərini sual etdikdən sonra Tramp köhnə dostluqları möhkəmləndirəcəyi və yeni dostluqlar axtaracağını deyib.

Eyni toplantıda Tramp rəsmən təqaüddə olan dəniz donanma generalı Ceyms Mattisi müdafiə naziri vəzifəsinə nominasiya edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG