ABŞ prezidenti Donald Tramp qanunsuz mühacirətin qarşısını almaq məqsədi ilə ABŞ-Meksika sərhədi boyu mübahisəli divar inşasını təsdiqləmək üçün Konqresə ictimai təzyiqi artırır.
Tramp 2016-cı il prezident kampaniyası zamanı verdiyi vədi, divar inşası təsdiqlənmədiyi təqdirdə sentyabrın sonu hazırkı maliyyə ilinin bitməsindən sonra ABŞ hökumətinin fəaliyyətini dayandıracağı ilə hədələyir.
“Sərhəd məsələsinə gəldikdə, illərlə aparılan müzakirələrdən sonra sərhəd təhlükəsizliyini təmin etmədiyimiz təqdirdə mən hökuməti bağlamaqda heç bir problem görmürəm. Sərhədlərin möhkəmləndirilməsinin vaxtı çatıb” - deyə, Donald Tramp bildirib.
Tramp əlavə edərək hər zaman müzakirələrə açıq olduğunu deyib.