Accessibility links

Yüzlərlə etirazçı Nyu-Yorkdakı "Tramp qülləsi"nin qarşısına toplaşıb


İkinci gündür etirazçılar Virciniya ştatının Şarlotsvill şəhərində irqi zəmində ölümlə nəticələnən hücuma görə prezident Donald Trampın Nyu-Yorkdakı "Tramp qülləsi"nin qarşısına toplaşıb.

"Tramp qülləsi"nin yerləşdiyi küçə boyu sıraya düzülən yüzlərlə etirazçının hər biri öz mesajı ilə gəlir. "Onun öz şərhini geri götürməsi açıq şəkildə göstərdi ki, Şarlotsvildəki hadisə irqçiliyin bariz nümunəsidir" deyə, etirazçılardan biri bildirib.

Cənab Tramp son şərhində keçən şənbə günü baş verən zorakılığa görə cavabdeh ağ suprimasislərin davamçılarının və onlara qarşı olanların olduğunu bəyan edib. "Hər iki tərəfə nəzər yetirin, mənim fikrimcə hər iki tərəfin günahkar olmasında heç bir şübhə yoxdur və siz də bu barədə belə məlumat verməlisiniz" deyə, prezident bildirib.

Prezident Tramp avtomobili insanların üstünə sürərək, 32 yaşlı Hither Heyeri qətlə yetirən sürücü harda belə deyib: "qatil özünü və ölkəni rüsvay etdi". Heyerin isə "fantastik, gözəl, inanılmaz bir qadın idi" deyib.

Cənab Tramp onu da əlavə edib ki, irqçiliyin qarşısının alınması üçün yaxşı ödənişli iş yerləri yarasılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG