Accessibility links

Tsipras etimad səsverməsindən qalib çıxdı


Yunanınstanın baş naziri Alkesis Tsipras çərşənbə günü parlamentdə etimad səsverməsində üç səs fərqi ilə qalib gəlib.

Tsipras müdafiə naziri Panos Kammenosun istefa verib, millətçi ANEL parltiyasını hakim koalisiyadan çıxarmasının ardından özü etimad səsverməsinin keçirilməsinə çağırıb.

Kammenos BMT-nin vasitəçiliyi ilə Makedoniya ilə əldə olunan razılığa etiraz məqsədilə vəzifəsindən istefa verib. Bu razılıq Makedoniya ilə Yunanıstan arasında 30 ildir Makedoniya adı üzərində gedən mübahisəyə son qoyur.

Əgər Yunanıstan parlamenti təsdiq etsə, sabiq yuqoslav respublikası rəsmi olaraq Şimali Makedoniya Respublikası adlandırılacaq.

Kammenos Tsiprası ad dəyişikliyini referendum vasitəsilə səsverməyə çıxarmağa çağırıb.

XS
SM
MD
LG