Accessibility links

Tixanovskaya Qərbin yardımını rədd edir


Belarusun müxalifət lideri Svetlana Tixanovskaya Amerikanın Səsinə bildirib ki, ölkədəki siyasi böhran “tamamilə daxili bir məsələdir”. Belə görünür ki, o, Qərbin müdaxiləsi və ya yardımını rədd edir.

Bazar ertəsi Litvanın paytaxtı Vilnüsdan Amerikanın Səsinə danışan Tixanovskaya deyib ki, “baş verənlərə görə Belarus xalqı öhdəlik daşıyır. Biz düşünürük ki, biz bu problemi özümüz həll etməliyik.”

“Amma əgər biz bir gün başqa ölkələrin yardımına, yəni onların vasitəçilik etmələrini istəsək, əlbəttə ki, qapımız bu məsələdə bizə yardım etmək istəyən ölkələrə açıq olacaq," o əlavə edib.

Son həftələrdə minlərlə insan Belarusun küçələrinə çıxaraq prezident Aleksandr Lukaşenkonun istefasını tələb edib. Lukaşenko isə vəzifədən getməyi rədd edir. Lukaşenko avqustun 9-da keçirilən seçkidə qalib olduğunu elan edib. Müxalif partiyalar, habelə Birləşmiş Ştatlar və Avropa İttifaqı seçkinin saxtalaşdırıldığını bildirir.

Lukaşenko seçkini saxtalaşdırdığını inkar etsə də, nümayişçiləri təqib etmək üçün iğtişaş polisi və xüsusi qüvvələrdən istifadə edib.

Yüzlərlə etirazçı həbs olunub və insanlara qarşı zorakılıq və işgəncə hallarının olduğu bildirilib. Nümayişlər zamanı azı dörd nəfərin oldürüldüyü xəbər verilib.

Tixanovskaya seçkidən qısa saxlanılın və daha sonra özü və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün qonşu Litvaya qaçıb. O, Belarusu nə üçün tərk etdiyi barədə əlavə məlumat paylaşmayıb.

“Mənim bu addımı atmaq üçün böyük səbəblərim var idi. Mən indi bu barədə danışa bilmərəm. Bəlkə gələcəkdə nə vaxtsa öz hekayəm barədə danışacam, amma indi bu haqda danışa bilmərəm,” o deyib.

Tixanovskaya həyat yoldaşı, məşhur YouTube blogeri Sergey Tsixanovskinin may ayında həbs olunub, seçkidə iştirak etməsi qadağan olunandan sonra prezidentliyə namizədliyini irəli sürüb.

Sergey Tixanovski ilə yanaşı bir neçə müxalif fəal da həbs olunub və onların həyat yoldaşları siyasi hərəkata qoşulub.

Tixanovskaya son günlərdə etirazlarda iştirak edən yüzlərlə qadını alqışlayıb. Onların çoxu ağ və qırmızı rənglərdə paltarlar geyiniblər ki, bu rənglər artıq Lukaşenkonun hakimiyyətinə qarşı olan siyasi müxalifətin rəmzinə çevrilib.

37 yaşlı keçmiş iİngilis dili müəllimi olan Tixanvskaya Belarusunun beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni seçki keçirməli olduğunu bir daha qeyd edib.

“Bu siyasi böhrandan yeganə çıxış yolu danışıqlardır,” o deyib.

Amerikanın Səsinin Lukaşenkonun yeni seçkidə iştirak edib-etməməli olduğuna dair suala cavab olaraq Tixanovskaya deyib ki, cənab Lukaşenko bizim ölkəmizin vətəndaşıdır, yəni fiziki olaraq iştirak edə bilər. Amma buna mənəvi haqqının olub-olmadığını böyük bir sualdır.

Luukaşenko artıq 26 ildir hakimiyyətdir və onun son üç həftədir ölkəni iflic vəziyyətə salan etirazlara kütləvi tətillərə baxmayaraq, müxalifətlə hər hansı kompromisə getmək istədiyini dair heç bir işarə yoxdur. Onun höküməti bu yaxınlarda ölkədəki böhranı işıqlandıran bir çox xarici jurnalistin vizalarını ləğv edib.

Rusiya prezidenti Vladimir Putin ötən həftə lazım olsa, Belarusa müdaxilə üçün polisin hazır olduğunu bildirib.

Bazar ertəsi Litva, Latviya və Estoniya Lukaşenko və təxminən digər 30 Belarus rəsmilərinə qarşı səyahət qadağaları tətbiq edib. Baltikyanı ölkələr seçkinin saxtalaşdırılmasına və Belarus seçicilərinə qarşı zorakılıqda əli olmaqda ittiham etdikləri rəsmiləri hədəf alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG