Accessibility links

ABŞ-da "Müvəqqəti Qorunma Statusu" ilə yaşayanları nə gözləyir?


ABŞ-da "Müvəqqəti Qorunma Statusu" ilə yaşayanları nə gözləyir?
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Birləşmiş Ştatlarda 300,000-dən çox insanın `Müvəqqəti Qorunma Statusu` və ya TPS-si (Temporary Protected Status) var. Status qeyri vətəndaşlara vətənləri təhlükəli sayıldıqda ABŞ-da yaşamağa və işləməyə imkan verir. Lakin Tramp administrasiyası proqramı ləğv etməyə çalışır və bu qərar ailələrin çoxunu narahat edir.

Ayala ailəsinin həyatı 2018-ci ildə, o zamankı milli təhlükəsizlik naziri Kirstyen Nilsenin bir qərarı ilə alt-üst oub. Nilsen "Müvəqqəti Qorunma Statusu"na və ya TPS adlı proqrama son verilməsinə çağırıb. Bu status silahlı qarşıdurmalar, ekoloji fəlakətlər və ya hər hansısa digər fövqəladə vəziyyətin davam etdiyi El-Salvador, Nikaraqua, Honduras və Sudan kimi ölkələrdən qaçan miqrantlara çox yardım edib. Elsi Flores Ayala: “Həqiqət budur ki, üç il yarım, dörd ilə qədər bizim uşaqlarımız heç vaxt vəziyyətimiz haqqında heç nə bilmirdi. TPS-i olan böyük qızım universitetə ​daxil olmaq üçün sənədlərini hazırlayanda statusunun nədən ibarət olduğunu daha yaxşı anlamağa başladı."

Ayala ailəsi Birləşmiş Ştatlara 2001-ci ildə gəlib, elə həmin il də El-Salvadorda zəlzələ olub. Hose Ayala: “Birləşmiş Ştatlarda 20 ildən çoxdur yaşayırıq. Biz özümüzü öz evimizdəki kimi hiss edirik. Uşaqlarımız da buranı evi bilir. "

Lakin TPS qanunu ləğv edilərsə, bu, Ayalanın ölkədən qovulması demək ola bilər.

Hal-hazırda mübahisəli "Müvəqqəti Qorunma Statusu" məsələsinə məhkəmədə baxılır və məhkəmə qeydlərində Ayala ailəsinin adı da hallanır. Bu ayın əvvəlində Birləşmiş Ştatların 9-cu Dairə Appelyasiya Məhkəməsində dəlillər dinlənilib. Diyeqo Ferreyra: “Çox guman ki, bu iş Ali Məhkəməyə gedəcək. Son hakimin təyin edilməsi ilə Ali Məhkəmə daha mühafizəkar oldu. Buna görə də bu işi uduza bilərik. Lakin biz sona qədər mübarizə aparmaq əzmindəyik. "

Amerikanın Səsi bu məsələ ilə bağlı şərh almaq üçün Daxili Təhlükəsizlik Nazirliyinin rəsmilərinə müraciət edib. Lakin onlar aktiv məhkəmə işlərinə münasibət bildirmədikləri üçün bu məhkəmə işi barədə də şərh verməkdən imtina ediblər.

Onlar deyiblər ki, bu ölkədəki vətəndaşlara hələ də "Müvəqqəti Qorunma Statusu" - TPS ilə yaşamağa icazə verillirsə, bu qanun qaçqınların çıxdıqları ölkədəki şəraitin dəyişməsindən asılı olaraq mütəmadi araşdırma tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG