Accessibility links

Türkiyə və Suriyada baş verən zəlzələdə ölənlərin sayı 40 mini keçib


Keçən həftə Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin ümumi sayı 40 mini keçib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə axşamı fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş şəhəri yaxınlığında baş verən 7,8 bal gücündəki zəlzələ zamanı 35 418 nəfərin öldüyünü bildirib və deyib ki, bu, Türkiyə tarixində ən ölümcül zəlzələ olub.

Xilasetmə qrupları zəlzələdən səkkiz gün sonra, çərşənbə axşamı dağıntılar altından sağ qalanların axtarışını davam edib. Zəlzələdən təxminən 200 saat sonra Kahramanmaraşda bir binanın dağıntıları altından 18 yaşlı Məhəmməd Cafər Çətin və onun 21 yaşlı qardaşı çıxarılıb. Daha bir möcüzə Antakya şəhərində müəllimə çoxmərtəbəli yaşayış binasının dağıntıları altından xilas edilərkən baş verib.

Türkiyə televiziyası xilasetmə səhnələrini yayımlasa da, mütəxəssislər bu qədər zamandan sonra çökmüş binaların dağıntıları altından insanların sağ tapılması etimalının olmayacağı barədə xəbərdarlıq edib.

Prezident Ərdoğanın "əsrin fəlakəti" adlandırdığı zəlzələ on minlərlə binanı dağıdıb, bir o qədər də binanı yaşayış üçün yararsız hala salıb ki, çox sayda insan qışın sərt soyuğunda sığınacaqsız qalıb. Bir neçə tikinti podratçısını Türkiyənin tikinti normalarını pozmaq ittihamı ilə həbs edilib.

Bu arada, Birləşmiş Millətlər Təşkilatının Humanitar Hallar Agentliyi və Suriyanın dövlət xəbər agentliyinin tərtib etdiyi rəqəmlərə görə, qonşu Suriyada 5500-dən çox ölüm halı təsdiqlənib. Hökumətin nəzarəti altında olan ərazilərdə azı 1400, Suriyanın üsyançıların nəzarətində olan şimal-qərbdə isə 4400 nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG