Accessibility links

İranda baş verən zəlzələ Türkiyədə 8 nəfərin ölümünə səbəb olub


İranın qərb bölgəsində baş verən zəlzələ Türkiyədə 8 nəfərin ölümünə səbəb olub. Məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu yayıb.

İranın Xor vilayətində baş verən təbii fəlakət Türkiyənin Van vilayətində ciddi şəkildə hiss edilib.

Mətbuat konfransında Soylu deyib ki, ölənlərin 3-ü uşaq, 4-ü yetkinlərdir.

Vanın qubernatoru Mehmet Emin Bilməz binaların dağıntıları altında heç kimin qalmadığını deyib.

Qərbi Azərbaycan vilayəti Xoy şəhərinin Qotur bölgəsində səhər saat 9:22-də 5.7 bal gücündə zəlzələ baş verib. İran xəbər agentliklərinə istinadən, təqribən 50 kəndə ziyan dəyib.

İSNA agentliyi “ilkin məlumata görə zələzələ nəticəsində 40-a yaxın insanın yaralandığını” bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG