Accessibility links

Amerikalı sənətkarlar “Tullantıdan sənətə” sərgisində iştirak edir


"Tullantıdan sənətə" sərgisi
"Tullantıdan sənətə" sərgisi

Tullantı, düzgün əllərdə insanları maarifləndirən incəsənətə çevrilə bilər. Bostondan olan iki amerikalı sənətkar - Inqrid Goldbloom Bloch IGB Studio və Cennifer Maestre Jennifer Maestre oktyabrda Bakının Qala qəsəbəsində keçiriləcək "Tullantıdan sənətə" adlı 5-ci Beynəlxalq Sərgiyə qatılmaq üçün Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin facebook səhifəsində yaydığı məlumata görə, "Tamiz Shahar" JSC tərəfindən təşkil edilən sərgidə 27 ölkədən olan 60 sənətçinin iştirakı nəzərdə tutulub.

"Tullantıdan sınətə" sərgisi
"Tullantıdan sınətə" sərgisi

“ABŞ sənətkarları okeanın çirklənməsi problemini işıqlandırmaq məqsədilə iki sənət əsərinin yaradılması ilə məşğuldurlar. Sənət əsərinin birində Bakının memarlığında rast gəlinən alov simvolunu xatırladan üslubda gözün şüşə linzalarından hazırlanmışdır, digəri isə qələm yonan zaman yaranan qırıntılardan düzəldilən bir səkkizayaq formasındadır”, səfirlik qeyd edir.

Oktyabrın 2-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaqdır.

Sərgi oktyabrın 12-dək davam edəcək.

2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG