Accessibility links

Fransada çinli tələbələr üzərinə maşın sürülüb


Bir sürücü Fransanın Tulus şəhəri yaxınlığındakı tələbələr üzərinə qəsdən maşın sürüb. 3 çinli yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polisin bildirdiyinə görə, 28 yaşlı sürücü hadisə yerində nəzarət altına alınıb. O, daha əvvəl kiçik hücumlara görə polis tərəfindən saxlanmışdı.

Tulus prokuroru Pyer-İv Kuillo sürücünün uzun zamandır psixoloji problemlərə görə xəstəxanada saxlandığını bildirib. O, xəstəxanadan ötən dekabr ayında çıxıb.

Prokuror hadisəni terror aksiyası kimi qiymətləndirməsə də, bunun istisna edilmədiyini deyib.

Yaralıların birinin qadın, digər ikisinin kişi olduğu bildirilib. Onlar iyirmi yaşlar arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG