Accessibility links

Tunisdə avtobus qəzası - azı 26 nəfər ölüb


Tunisin şimal-qərb bölgəsində avtobusun dərəyə düşmısi azı 26 nəfərin ölümünə səbəb olub.

Səhiyyə Nazirliyi Tunisin turistlərin məşhur dağ bölgəsində bazar günü gecə baş verən qəza zamanı 17 nəfərin də yaralandığını bildirib.

Yol təhlükəsizliyi qaydaları zəif olduğu üçün məmurların tənqidinə səbəb olan bu qəza ölkədə ən çox insanın həyatını itirdiyi qəzalardandır.

Nazirlikdən verilən məlumata görə, avtobusda olan sərnişinlərin hamısı tunisli olub.

Avtobusun Tunisdən Drahamın mənzərəli şimal Əyin Draham dağ şəhərinə yollandığı deyilib.

Daxili İşlər Nazirliyi bundan əvvəl avtobusda olan 43 nəfərdən 22 nəfərinin öldüyünü bildirmişdi. Səhiyyə Nazirliyi daha sonra digər 4 sərnişinin aldığı yaralardan öldüyünü bildirib.

XS
SM
MD
LG