Accessibility links

Tunisdə hökümət etirazçıları həbs etməyə davam edir


Birləşmiş Millətlər Təşkilatının insan haqları idarəsi Tunis hökümətinin qiymətlər və vergiyə qarşı etiraz edən çox sayda nümayişçini həbs etməsinə görə narahatlığını bildirib.

Ötən həftə sonu başlayan etirazlar getdikcə daha da şiddətli hal alır və bu həbslərin sayının artmasına səbəb olur. Bazar ertəsindən bəri təxminən 800 nəfər həbs edilib. BMT insan haqları sözcüsü Rapert Kolvilin verdiyi məlumata görə, onların demək olar 200-ü 15-20 yaş arasındaki gənclərdir.

“Biz rəsmiləri insanların ixtiyari şəkildə həbs olunmamasını, həbs olunanların təməl haqları ilə təmin etməyə və müvafiq şəkildə ittiham etməyə və ya dərhal azad etməyə çağırırıq,” deyə Kolvil bildirib. “Rəsmilər özlərini dinc şəkildə ifadə etmək və toplanmaq hüquqlarını yerinə yetirən insanların qarşısını almamalıdır,” deyə o əlavə edib.

Kolvil deyib ki, onun idarəsi həbs olunanlara qarşı pis rəftar olunduğuna dair məlumat almayıb.

“Amma bunu yaxından izləyirik, çünki keçmişdə bənzər vəziyyətlərdə həbsdə olanlara qarşı pis rəftar halları olub. Ona görə də biz hadisələri yaxından izləyirik. Amma hələ ki, buna dair bir məlumat almamışıq,” Kolvil əlavə edib.

Bazar günü Yaxın Şərq və Şimali Afrikada islahatlar tələb edən etiraz hərəkatları, yəni Ərəb Baharı ilə nəticələnən 2011-ci il inqilabının ildönümüdür.

Tunisli etirazçılar inqilabın heç bir məqsədlərinin yerinə yetirilmədiyini söyləyir. Bu həftə sonu baş verən hadisələrin nəzarətdən çıxacağına dair narahatlıqlar artdığı üçün, Kolvil deyir ki, nümayişçilərin dinc şəkildə etiraz etmələrinə imkan yaratmaq zəruridir.

XS
SM
MD
LG