Accessibility links

Bu ay Ərəb İnqilabına səbəb olan Tunis hərəkatının üçüncü ildönümüdür [Təhlil]


Demokratik keçid dövrü natamam qalıb

Bu ay Tunisdə Ərəb İnqilabına səbəb olan hərəkatın üçüncü ildönümüdür. Demokratik keçid dövrü natamam qalıb. Bu isə bir çox tunislinin nararazılığı ilə qarşılanır. Belə ki, ölkədə qeyri-sabitlik, iqtisadi və siyasi çıxılmazllıq hökm sürür.

Tunisin zeytun və portağal ağaclarına bürünən Sidi Buzid şəhərini tanıyan yox idi.
Lakin 2010-cu ilin dekabr ayının 17-də tərəvəz satıcısı Məhəmməd Buəzizinin etiraz əlaməti olaraq özünü yandırması narazı tunislilərin etiraz rəmzinə çevrildi.
2011-ci ilin yanvar ayında Tunisin üzunmüddətli diktatoru Zine Əl-Abidine Ben Əli hakimiyyətdən devrildi. Hazırda xaricdə yaşayan diktatorun devrilməsi ölkədə sabit demokratiyaya yol açmadı.

Siyasi partiyalar hələ də yeni konstitusiyanı təsis edə, seçkilər keçirə bilməyib. Bu il Tunisdə iki dünyəvi siyasətçi sui-qəsdin qurbanı olub. Repçilər həbs edilib, ağır iqtisadiyyat bir çoxlarını Avropaya üz tutmağa vadar edib.

Bütün bunlara baxmayaraq vəziyyət o qədər də məyusedici deyil. Human Rights Watch-un Tunis üzrə direktoru Amna Quellali hesab edir ki, ölkə kontrast və paradokslarla doludur."İnqilabdan sonra bəzi inkişaflara nail olunub. Tunislilər söz azadlığı, nümayiş və ifadə azadlığı kimi ictimai azadlıqlar əldə edib. Bu ölkədə siyasi partiyaları bir araya gətirən demokratik proses də müşahidə edilir."

Uzun sürən etirazlardan sonra Tunisin islamçıların əksəriyyət təşkil etdiyi hökuməti sənaye naziri Mehdi Coməənin baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Coməənin siyasi təcrübəsi çox olmasa da, o, gələcəyə ümid mənbəyi hesab edilir.

Beynəlxalq Böhran Qrupunun Tunis üzrə eksperti Beşir Ayari yeni baş nazirin olduqca ciddi problemlərlə üzləşəcəyini düşünür."Konstitusiya tamamlanmalıdır. Təhlükəsizlik sistemində qütbləşməyə son qoyulmalıdır. Dialoq və seçkiləri təşkil edəcək təsisat yaradılmalıdır."

Ekspetin fikrincə ən böyük çətinlik təhlükəslikdir. Belə ki, hökumət iki müxalif siyasətçinin qətlinə görə radikal islamçı Ənsar Əl-Şəriə qrupunu günühlandırır.
İfadə azadlığı da hücumlara məruz qalır. İncəsənət ustaları həbs edilir. Onlar arasında feminist qrupu FEMEN-in üzvləri də var.

Human Rights Watch-un Tunis üzrə direktoru Amna Quellali hesab edir ki, problem ədliyyə sisiteminin keşmişdəki kimi fəaliyyət göstərməsindədir."Bu,insan hüquqları üçün ölümçül bir kombinasiyadır. Bu system təqiblər və uzunmüddətli azadlıqdan məhrumiyyətlərə səbəb olur. "

Tunislilər sürətli bir dəyişiklik istəyir. Onlar cəmi bir ay ərzində prezidentlərini devirəyə nail olmuşdu. Buna görə də bügünkü nəticələr onların nəzərində qənaətbəxş deyil.

Lakin Tunisin Liviya, Misir, Suriya kimi ölkələrdə inqilablara ilham mənbəyi olması bu ölkənin ərəb dünyasının siyasi gələcəyi barədə pozitiv ümidlərə yol açır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG