Accessibility links

Inqilabdan sonra Tunis iqtisadiyyatının vəziyyəti [Video]


Tunis iqtisadiyyatı inqilabdan sonra
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Tunisdə ümumdaxili məhsul istehsalı 3 faiz artsa da, inflyasiya və işsizlik yüksək olaraq qalır

Tunis inqilabı tövləsi yandırılan qadının etiraz olaraq özünü yandırması ilə vüsət almışdı. İki il sonra Tunisin sabiq hakimiyyəti devrilsə də, vəziyyət ağır olaraq qalır. Qəssab Mustafa müştərilərinin gündə bir dollardan artıq pul xərcləmədiklərini deyir. “İnsanlar çox ət ala bilmir. Hətta toyuq belə əlçamaz olub. Bir qoyunun ətini satmaq 3-4 gün tələb edir.”

Ötən il Tunisdə ümumdaxili məhsul istehsalı 3 faiz artsa da, inflyasiya və işsizlik yüksək olaraq qalır. Hər gün minlərlə kilometrlik elektrik kabelləri istehsal edilən zavodun meneceri Hişem Elumi həm də İsçilərin Assosiasiyasının vitse-prezidentidir. O, çoxsaylı problemlərdən şikayət edir. “Təhlükəsizlik lazımi səviyyədə deyil. Şirkətlərin sosial problemləri çoxdur. Avropa Birliyinin böhranı da bizim üçün böyük problemdir. Belə ki, qurum bizim əsas partnyorumuzdur.”
Tunis ixracatının 80 faizi Avropa Birliyinin payına düşür. Avropa iqtisadiyyatının mənəzərəsi ürəkaçan deyil.

Tunislilərin bir çoxu isə siyasətçiləri problemləri həll etməkdənsə, gələcəyi müzakirə etməkdə günahlandırır. Fazil Əbdülküfi Tunisin səhm birjasının direktorudur. “Siyasətçilərin yaxın zamanda razılığa gələcəklərinə ümid bəsləyirəm. Razılıq əldə edilsə, nazirlər kabinetində ciddi ixtisarlar aparılacaq. Bundan əlavə Milli Assambleya konstitusiyanın təsisinə möhlət qoymalıdır.”
Lakin hökumət sözçüsü Samir Dilou təndiqlərin hamısının heç də ədalətli olmadığını deyir. “Buna görə hamı məsuliyyət daşıyır. Məsuliyyət yalnız idarəçilərin deyil. Müxalifət, vətəndaş cəmiyyətləri və özəl sektorun da cavadbdehlik daşımalıdır. ”

Tunis iqtisadiyyatının əsasını yəşkil edən turizm də axsamağa başlayıb. İnqilab ziyarətçilərin sayına kəskin təsir göstərib.

Tunislilər 20011-ci ilin siyasi cərəyanlarını tarixin bir parçası hesab edir. İndi onları iğtişaşlara son qoyacaq siyasi dəyişiklik düşündürür.
XS
SM
MD
LG