Accessibility links

Tunis muzeyində qarşıdurma 19 nəfərin ölümü ilə nəticələnib


Tunisin baş naziri paytaxtda Bardo muzeyində silahlı şəxslərin ziyarətçiləri hədəf aldığı hücum zamanı turistlər də daxil olmaqla, 19 nəfərin öldüyünü bildirib.

Təhlükəsizlik qüvvələrinin qarşıdurmaya son qoymaq məqsədilə muzeyə daxil olduğu zaman iki silahlı şəxs qətlə yetirilib.

Hadisə zamanı həlak olan 17 nəfər Polşa, İtaliya, Almaniya və İspaniya turistləridir. Tunisin baş naziri Həbib Essid mətbuat konfransında təhlükəsizlik qüvvələrinin iki üzvünün əməliyyat zamanı həlak olduğunu bildirib.

Parlament binası yaxınlığında yerləşən muzeyə hücum zamanı 24 nəfər xəsarət alıb.

Silahlı şəxslərin kimliyi müəyyən edilməyib.

Tunis televiziyası təhlükəsizlik qüvvələrinin mühafizəsi altında yaşlılar və uşaqlar da daxil olmaqla, turistlərin hadisə yerini tərk etdiyi video görüntülər nümayiş etdirilib.

Hadisə ilə əlaqədar parlament binasındakı insanlar təxliyyə edilib.

Tunis prezident Beji Said Essebsinin hadisə ilə əlaqədar olaraq xalqa müraciət edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG