Accessibility links

Tunis polisi şəhər mərkəzini bağlayıb


Polis şənbə günü Tunisin mərkəzində böyük bir ərazini bağlayıb və küçələri bloklayıb. Ölkədə minlərlə etirazçı Tunisin ən güclü həmkarlar ittifaqının dəstəyi ilə ölkədə son illərdə keçirilən ən böyük nümayiş üçün bir araya gəliblər.

Etiraz aksiyası 2013-cü ildə tanınmış fəalın qətlinin ildönümü qeyd etmək üçün və polis zorakılıqlarına qarşı etiraz etmək məqsədilə keçirilib. Nümayişçilər bu zoralılıqların onların Ərəb Baharı ilə nəticələnən 2011-ci il inqilabında ələd etdikləri azadlıqları təhlükəyə məruz qoyur.

İğtişaş polisi şəhər mərkəzini mühasirəyə alıb, maşın və piyadaların Həbib Burquiba prospekti ətrafındakı küçələrə daxil olmalarına qadağa qoyub. Reuters-ə danışan bir şahid əraziyə minlərlə insanın toplaşdığını bildririb.

Tunisdə son həftələrdə baş verən etirazlardan fərqli olaraq şənbə günü etiraz milyonlarla üzvü olan ölkənin ən güclü siyasi təşkilatının, UGTT həmkarlar ittifaqının dəstəyi ilə keçirilib.

Ötən ay şəhərin yoxsul rayonlarında bərabərsizlik səbəbilə baş verən toqquşmalar və iğtişaşlarda diqqət getdikcə çox sayda həbslərə və saxlanılan insanlara qarşı kobud rəftarla bağlı məlumatlara yönəlib. Daxili İşlər Nazirliyi bu iddiaları rədd edib.

Attayar partiyasından parlament üzvü Məhəmməd Ammar deyib ki, o, Tunis mərkəzinin bağlanmasına etiraz etmək üçün baş nazirə zəng edib.

Etirazçılar ardıcıl hökumət koalisiyalarının üzvü olan mötədil İslamçı Ennahda partiyasının əleyhinə şüarlar səsləndiriblər. Onlar həmçinin Ərəb Baharı şüarını da səsləndiriblər: “İnsanlar rejimin çökməsini istəyir.”

Tunis inqilabəndan on il sonra onun demokratik siyasi sistemi böhran içindədir, prezident, baş nazir və parlament arasında sonsuz mübahisələr gedir, iqtisadiyyat isə inkişaf etmir.

Bəzi tunislilər qiyamın nəticələrindən məyus olduqlarına görə avtoktrakiya günlərindən xatırladıqları daha yaxşı həyat şəraitinin həsrətini çəksələr də, digərləri isə demokratiyanın təmin etdiyi azadlıqların aşınmasını qəbul etməyiblər

Bəziləri üçün bu şərait 2013-cü ilin fevralında şübhəl bir islamçının sekulyar fəal və vəkili Çokri Belaidinı qətl etməsindən sonra baş verən siyasi qütbləşməni xatırlayırlar.

Onun ölümü Tunisdə kütləvi etirazlar dalğasına və əsas islamçı və sekulyar partiyaları arasında ölkənin zorakılığa qərq olması üzərində böyük danışıqlara səbəb olub.

XS
SM
MD
LG