Accessibility links

Tunisdə radikal islamçılar və polis arasında toqquşmada bir nəfər ölüb


Supporters of Islamist group Ansar al-Sharia clash with riot police at Hai al-Tadamon in Tunis, May 19, 2013.
Supporters of Islamist group Ansar al-Sharia clash with riot police at Hai al-Tadamon in Tunis, May 19, 2013.

Tunisdə radikal islamçıların illik konfransının keçirilməsinə icazə verilmədikdən sonra ölkənin mərkəzində yerləşən Kayruan şəhəri və paytaxtda islamçılar və polis arasında toqquşma baş verib.

Ölkə paytaxtı Tunisin ətrafında baş verən toqquşma zamanı bir islamçı ölüb.
Rəsmilər 20 yaşlarında olan gəncin toqquşma zamanı aldığı yaralardan öldüyünü bildirib.

Sələfilər kimi tanınan radikal islamçılar onların bazar günü toplaşmasına icazə verməmək üçün şəhərin mərkəzində yerləşdirilmiş polis işçilərinə daş atıblar. Polis buna cavab olaraq onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Ənsar Əl-Şəriə qrupunun bəzi üzvləri paytaxt Tunisin ətrafında mitinq keçirməyə cəhd göstərib.

Ultra-mühafizəkar müsəlman qrupunun üzvləri olan sələfiliər Tunisdə öz nüfuzlarını artımağa çalışır. Dünyəvi tunislilər sələfilərin öz görüşlərini zorla insanlara qəbul etdirmək, həmçinin insanların azadlıqları və demokratiyanı məhdudlaşdırılmağa çalışmasından ehtiyat edərək, öz narahatlıqlarını bildirir.
XS
SM
MD
LG