Accessibility links

Tunisdə qətlə yetirilmiş müxalifət lideri dəfn edilib (Yenilənib)



Tunis polisi parlament binasının qarşısında müxalifət liderinin qətlinə etirazları davam etdirən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər parlamentin buraxılmasını tələb edib.

Etirazlar dünyəvi Xalq Cəbhəsi partiyasının cümə axşamı qətlə yetirilmiş üzvü Məhəmməd Brahminin dəfn mərasimindən sonra başlayıb. Minlərlə insanın iştirak etdiyi mərasimdə hökumət əleyhinə şüarlar səslənib.

Tunis rəsmiləri Brahminin qətlində Əl-Qaidə ilə əlaqəsi olan ekstremistləri günahlandırıb.

Tunisin Daxili işlər naziri Lütfi Ben Ceddu hücum zamanı Məhəmməd Brahmiyə 14 dəfə atəş açıldığını deyib. Onun sözlərinə görə, Brahmi bu ilin fevral ayında başqa müxalifət lideri Çokri Belaidin qətlinə istifadə edilmiş avtomat silahla öldürülüb.

Daxili işlər naziri deyib ki, təhqiqatçılar qatilin cihadçılara rəğbət bəsləyən silah alverçisi Baubəkr Həkim tərəfindən qətlə yetirdiyinə inanır.
XS
SM
MD
LG