Accessibility links

Tunisdə parlament seçkilərində dünyəvi müxalifət partiyasının qələbə çaldığı bildirilir


Tunisin əsas müxalif partiyası ölkənin 217 yerlik parlamentinə tarixi seçkilərdə qələbə qazandığını bildirib.

Nida Tunes partiyası bildirir ki, ilkin nəticələr partiyanın parlamentdə təxminən 80 yer əldə etdiyini göstərir. Bu rəqəm digər partiyaların göstəricilərindən daha yüksəkdir.

Hakimiyyətdə olan İslamçı Ənnahda partiyası məğlubiyyəti etiraf edərək, nəticəni qəbul edəcəyini bildirib. Sabiq baş nazir Əli Larayed partiya dəstəkçilərini gələn seçkiləri gözləməyə çağırıb.

Ennahda partiyasının parlametdə 70 yer alacağı gözlənilir. Səsvermənin rəsmi nəticələri hələ açıqlanmayıb.

Bazar günü keçirilən səsvermədə 90 partiya iştirak edib. Bu seçki tunislilərin 2011-ci ildə ölkədə baş verən Ərəb Baharı üsyanları zamanı diktator Zin Əl Əbdin Ben Əlini devirdiklərindən sonra atdığı ilk demokratik addımdır.

Tunisin 5,2 milyonluq qeydiyyata alınmış seçicilərinin 60 faizi parlament seçkilərində iştirak edib. Prezident seçkiləri noyabrın sonuna təyin edilib.

ABŞ prezidenti Barak Obama bu seçkini ölkənin tarixi siyasi keçid dövründə dönüş nöqtəsi adlandırıb. O bildirib ki, tunislilər “regiondakı və ölkədəki insanlara ilham verməyə davam edirlər.”

Regiondakı xalq üsyanları zamanı hökümətini devirən ilk ölkə olan Tunisdə nisbətən dinc şəraitin mövcud olub.

Ölkədə son üç il yarım ərzində siyasi sui-qəsdlər, fəhlə sinfi arasında etirazlar, yüksək inflyasiya və ekstremist islamçıların hücumları daxil olmaqla iğtişaşlar müşahidə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG