Accessibility links

Tunisdə fövqəlada vəziyyət elan edilib


Tunisdə partlayış, 25 noyabr, 2015.
Tunisdə partlayış, 25 noyabr, 2015.

Tunis prezidenti Beji Kaid Essebsi ölkə paytaxtında 12 nəfərin ölümü ilə nəticələnən partlayışdan bir gün sonra təcili toplantı keçirib.

Partlayış Tunisin mərkəzində elitar prezident qvardiyasını daşıyan avtobusu hədəf alıb. Təhlükəsizlik rəsmiləri və hökumətə məxsus mənbələr bildirib ki, partlayışın bomba və ya minamyot hücumu nəticəsində baş verdiyi hazırda məlum deyil.

Essebsi Tunisdə 30 gün müddətinə fövqəlada vəziyyət elan edilib.

Tunis xalqını əmin edirəm ki, biz terrorizmə qalib gələcəyik.
Beji Kaid Essebsi, Tunis prezidenti

Dövlət televiziyasındakı çıxışında president Tunisin terrorçuluğa qarşı müharibədə olduğunu bildirib və beynəlxalq təşkilatları ötən həftələrdə bir neçə ölümçül hücumlar həyata keçirən ekstremistlərə qarşı mübarizəyə qoşulmağa çağırıb.

BMT-nin dövlət katibi Ban Ki Mun və BMT-nin Təhlükəsizlik Şurası birgə hücumu pisləyib və Tunisə dəstək ifadə edib.

Partlayış rəsmilər paytaxtda təhlükəsizlik səviyyəsini genişləndirdikdən və təhlükəsizlik qüvvələrinin sayını normadan çox artırdıqdan 10 gün sonra baş verib.

XS
SM
MD
LG