Accessibility links

Tunisdə 12 nazir vəzifədən kənarlaşdırılıb


Tunisdə 12 nazir vəzifədən kənarlaşdırılıb
Tunisdə 12 nazir vəzifədən kənarlaşdırılıb

Tunisin müvəqqəti hökuməti başlıca nazir mövqelərini tutan sabiq hakim partiyanın üzvlərini bitərəf şəxslərlə əvəzləyib. Müvəqqəti hökumət ümid edir ki, bu addımı atmaqla sabiq diktator və onun tərəfdarlarına qəzəblənmiş nümayişçilərin könlünü alacaq.

Sabiq prezident Zine El Abdin Ben Əli dönəmindən qalma baş nazir Məhəmməd Qannuçi nümayişçilərin israrlı tələblərinə baxmayaraq öz postunda qalmağı planlaşdırır. Dövlət televiziyası ilə xalqa canlı müraciətində cənab Qannuçi 12 nazirin əvəzlənəcəyini bəyan edib.

Cənab Qannuçi deyib ki, yeni nazirlər təcrübələrinə və keyfiyyətlərinə görə seçiləcəklər. O, deyib ki, növbəti kabinet iqtisadi və sosial islahatlar həyata keçirərək ölkədə ilk azad seçkilərin keçirilməsini təşkil edəcək.

XS
SM
MD
LG